Poctalyon - Medium
Qeyd: Bu yazı amerikalı filosof və Corctaun Universitetinin strategiya, iqtisadiyyat, etika və ictimai siyasət üzrə professoru Ceyson Brennanın “Bleeding Heart Libertarians” bloqunda dərc edilmiş “Is It Time for Private Punishment?” məqaləsindən tərcümə edilmişdir.
“When All Else Fails” kitabı cəzalandırma yox, müdafiə xarakterli davranışlar haqqında idi. Əgər kimsə Corc Floydu qətlə yetirən polisi haqlı olaraq vursaydı, o adam Floydun qətlinin qarşısını almağa çalışmış olardı, yanlış davranışlarına görə cəzalandırmağa yox. Eyni şəkildə, əgər mən potensial bir soyğunçunu dayandırsam, onu cəzalandırmağa və ya islah etməyə, ya da mövcud mədəniyyəti kökündən dəyişməyə yox, özümü qorumağa çalışmış olaram.
Corc Floyd 25 may tarixində polis tərəfindən boğularaq qətlə yetirilmiş afroamerikalıdır.
Mən vətəndaşların şəxsi olaraq dövlət rəsmilərini və məmurları cəzalandıra bilmələri mövzusunda böyük ölçüdə sükunətimi qorumuşam.
Buna baxmayaraq bu mövzuya dərhal nəzər yetirək. “Injustice for All” kitabında (interseksionallıq haqqında olan kitablardan biri, Ceykob Levi) Sörprenantla mən ABŞ ədliyyə sisteminin vərdiş etmədiyimiz şəkildə disfunksional, sui-istifadəyə açıq, sərt və zorakı olmasına gətirib çıxaran gizli maliyyə və insentiv strukturlarını xeyli müzakirə etmişik. Detallara girmədən demək mümkündür ki, nəticələrdən biri polislərin vəhşilik, təcavüz və oxşar zorakılıqlara görə nadirən cəzalandırılmalarıdır. İttihamçılar və siyasətçilər onlara arxa çevirməkdən, andlı iclasçılar onların günahkar olmaları lehinə səs verməkdən çəkinirlər, hətta Floydun işindən daha ağır hallarda belə.
Dövlət cəzalandırması lehinə olan ən böyük arqumentlərdən biri aşağıdakı kimidir:
Vigilantizmə (qanuni səlahiyyət olmadan təmin edilən ədalət) qarşı gətirilən arqument tanışdır. Con Lokk bildirir ki, təbii vəziyyətdə (state of nature) hər birimizin haqq tapdalayanları cəzalandırma haqqı var. Ancaq o iddia edir ki, biz özümüzə qarşı çox yumşaq və bizə zərər verənlərə qarşı çox sərt davranan qeyri-obyektiv hakimlərik. Özəl cəzalandırma buna görə bir sıra “narahatlıqlar” yaradır və özəl cəzalandırma barəsində ortaya çıxan anlaşmazlıqlarımız konfliktə gətirib çıxara bilər. Lokk təklif edir ki, biz bu problemi bu kimi narahatlıqları öhdəsindən gələcək və qərəzlərimizi aradan qaldıracaq əlimizdən gəldiyi qədər tərəfsiz, ictimai ədalət sistemi təsis etməklə həll etməliyik. Bu sistemin əsası qoyulduqda isə ona müraciət etməli, şəxsi cəzalandırma haqqımızdan imtina etməliyik.
Con Lokk (1632–1704) tanınmış ingilis filosofudur. O, maarifçilik dövrünün aparıcı filosoflarından biridir və “Liberalizmin atası” olaraq tanınır.
Məndən soruşsanız, Devid Estland bu arqumentin daha detallı versiyasını “Democratic Reason” adlı kitabında istifadə edir. Bu, vaxtilə Lokkun dediyi və artıq heç kimin inanmadığı köhnəlmiş bir şey deyil. Əksinə, bu əhali arasında ən geniş yayılmış, filosoflar arasında isə populyarlığını müəyyən dərəcədə qorumuş görüşdür, hərçənd heç bir cəzalandırma nəzəriyyəsi fəlsəfədə çoxluğun razılığını qazana bilməyib.
Bu arqument elə hesab edir ki, dövlət insanları cəzalandırmağa və bunu səriştəli, məntiqli yollarla etməyə çalışır? Bəs əgər — polislərlə bağlı hallarda olduğu kimi — dövlət cinayətkarları gözlənilməz vəziyyətlər istisna olmaqla cəzalandırmayacağını böyük ölçüdə nümayiş etdirsə necə? Bir çox dövlət polis məmurlarının göstərdikləri davranışlardan leqal olaraq məsuliyyət daşımamalarını təmin edən peşə toxunulmazlığı (qualified immunity) doktrinasını qəbul edib. Lokal instansiyalar polis zorakılığını cəzalandırmağa istəksiz yanaşır. Haqsızlıqlar əsasən görməzdən gəlinir. Məmurlar cəzalandırılanda — deyək ki, işdən azad olunmaqla (dinc insanı öldürən biri üçün heç də uyğun cəza deyil) — polis həmkarlar ittifaqı çox zaman onların təzminat alaraq yenidən işə götürülmələrinə nail olur. Böyük irqçilik və zorakılıq keçmişi olan polislər sadəcə başqa bölgəyə köçürülürlər, eynilə katolik kilsəsinin pedofil rahibləri digər rahiblərin arasında “itirməyi” sevməsi kimi.
Əslində dövlət “biz polisləri 99% ehtimalla cəzalandırmayacağıq” deyir. Əgər belə deyilsə, ən azından deyə bilərik ki, özəl cəzalandırmaya qarşı gətirilən yuxarıda bəhs etdiyimiz arqument öz keçərliliyini itirir. Hələ də keçərli olan başqa arqumentlər mövcud ola bilər. Amma əgər həmin arqument özəl cəzalandırmaya qarşı çıxmağınızı təmin edən əsas səbəbdirsə, bu halda o işləmir.
Özəl cəzalandırma üçün vaxtdır? was originally published in Poctalyon on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Vyana Konqresi (Avqust Fridrix Andre Kamp)
Tarix boyu həyati əhəmiyyət kəsb edən məsələlərin həllini istəyən dövlətlərin böyüklüyünə və mahiyyətinə görə gələcək üçün çox mühüm hesab edilən bir sıra görüşləri baş tutmuşdur. Böyük əhəmiyyət kəsb edən görüşlərdən danışarkən Vyana Konqresini mütləq qeyd etmək lazımdır — bu, Avropa dövlətlərinin Napoleonik Fransa üzərində qələbəsindən sonra baş tutan 1814–1815-ci illər beynəlxalq konqresidir.
Avropa dövlətlərinin Napoleon imperiyasına qarşı şiddətli və uzun sürən mübarizəsi Fransanın məğlubiyyəti ilə başa çatdı. Öz maraqlarını qorumağa çalışan qaliblər, eyni zamanda, əsas hədəfi Napoleonun dünya xəritəsində yaratdığı bütün dəyişikliklərin məhv edilməsində görürdülər. Vyana Konqresi haqqında danışmazdan əvvəl başa düşməliyik ki, onun 4 prinsipi var idi:
— güc balansı;
— kompensasiya;
— legitimlik;
— restovrasiya.
Legitimlik prinsipinə əsasən, Fransada Burbon sülaləsinin bərpasını, Papanın yenidən Papal dövlətlərin hökmdarına çevrilməsini və s. başa düşə bilərik.
Kompensasiya prinsipinə gəldikdə, məğlub olmuş güclər müharibənin təzminatını aldılar. Konqresin keçirilməsində əsl səbəb qalib dövlətlər arasında qazanılan uğurları bölüşdürmək idi.
Restovrasiya prinsipinin mahiyyəti 1 yanvar 1792-ci ilədək dövlətlər arasında olan sərhədlərin eyni qalmasına nail olmaq idi.
Nəhayət, buradakı “təməl daşı” bir dövlətin digərinə hökmranlığını və ya hər hansı müharibənin alovlanması ehtimalını aradan qaldırmalı olan güc balansı idi.
Vyana Konqresi bəzi çətinliklərlə, əsasən, maraqların müxtəlifliyi və tarixdə “Yüz günlük” kimi yer alan döyüşün sürgündən qayıtmış və yenidən hakimiyyətə gəlmiş Napoleon tərəfindən başladılması ilə üzləşməsinə baxmayaraq danışıqlar davam etdi. Konqresin yekun aktı 1815-ci il 9 iyun tarixində — Napoleonun Vaterloda son dəfə məğlub edilməsindən 9 gün əvvəl imzalanmışdı.
Vyana Konqresinin 4 əsas məqsədi var idi:
Avropada əvvəlcədən mövcud olan nizamın bərpası, ilk növbədə hakimiyyətdən salınan sülalələrin geri qayıtması;
qalib qüvvələrin maraqları üçün ərazi bölgüsü;
Fransa tərəfindən Bonapartizmin və ya hər hansı ekspansionist müharibənin canlanmasının qarşısının alınması barədə zəmanət verilməsi;
Avropanı gələcək qarışıqlıqlardan qoruya biləcək inqilab təhlükəsi ilə mübarizə sisteminin yaradılması.
1814-cü ildə imzalanmış Çaumont Müqaviləsinin müddəaları Vyana Konqresində bir daha təsdiqləndi. Qeyd etmək lazımdır ki, Çaumont müqaviləsi onilliklər boyu qitədə güc balansını yaradan Avropa Alliansının təməl daşı oldu. Onun müddəalarına daxildir:
Birləşmiş Almaniyanın qurulması;
İtaliyanın müstəqil dövlətlərə bölünməsi;
Fransada Burbon sülaləsinin bərpası;
1830-cu ildə müasir Belçika halına gələn Hollandiyanın genişləndirilməsi.
Vyana Konqresinin təşəbbüskarları qalib dövlətlər idi: Rusiya İmperiyası (I Aleksandr), Prussiya (Qoblenberq), Avstriya (II Frans və kansler Metteniç) və Böyük Britaniya (Xarici İşlər naziri Lord Kastelarq). Bundan əlavə, Fransa Xarici İşlər Naziri Taleyran-Periqor Vyana Konqresində eyni dərəcədə fəal iştirak edirdi.
Çaumont Müqaviləsini imzalayan 4 qalib dövlət Fransaya öz iradəsini yeritməyə çalışdı, ancaq Polşa və Saksoniyanın taleyi ilə əlaqədar aralarında yaranan fikir ayrılığı buna imkan vermədi. Bu fikir ayrılığı Taleyrana təkcə “aparıcı 4”-ü yaratmağa yox, həm də onu “5”-ə və “8”-ə (İspaniya, Portuqaliya və İsveçrənin daxil edilməsi ilə) çevirməyə və burada təsirli olmağa imkan yaratdı.
Şarl Moris de Taleyran-Periqor (Pyer-Pol Prudo)
Konqresdə Avropanın müharibədən sonrakı quruluşu ilə bağlı müxtəlif yanaşmalar ortaya çıxdı. İlkin mərhələdə legitimlik prinsipinin müzakirələri üstünlük təşkil etdi, beləliklə, qitədə baş verəcək hər hansı bir siyasi dəyişiklik rədd edildi və legitimlik qaydasının bərpası üçün bir tələb irəli sürüldü. Bu prinsipin ən fəal tərəfdarı Taleyran idi. Rus çarı Aleksandr restovrasiya fikrini rədd etməsə də, Avropadakı dəyişikliklərin qaçılmazlığını nəzərə almağı zəruri saydı.
Konqresin sonlarına yaxın Avstriyanın öz hegemonluğunu göstərmək səyləri başladı. Belə ki, Avstriya nümayəndəsi Metteniç bölünmüş Almaniyada Avstriya hegemonluğunun təsdiqi, Avstriyanın Balkan yarımadası və İtaliyadakı mövqelərinin gücləndirilməsi və Polşanın Rusiyaya verilməsinin qarşısının alınması maddələrinin təmin edilməsini tələb edirdi.
I Aleksandr qitədə Rusiya təsirinin güclənməsinə kömək edəcək siyasi tarazlığın qurulmasını müdafiə edirdi. O, Avstriya ilə Prussiya arasında rəqabətin davam etməsində və Fransa qarşısında onlara qarşı balans yaratmaqda maraqlı idi.
Məğlub olmuş Fransaya qarşı ən sərt tədbirlərin görülməsini tələb edən Prussiya Saksoniya və Reyn knyazlıqlarının bir hissəsini ilhaq etmək istəyirdi.
Avropada güc tarazlığını qorumaq və dənizlərdəki dominant mövqeyini və koloniyalarını möhkəmləndirməkdə maraqlı olan Böyük Britaniya Prussiya ilə birlikdə Fransa, Avstriya və Rusiyaya qarşı hərəkət etdi.
Vyana Konqresində özü üçün ən məqbul qərarların qəbul edilməsini təmin edən Fransa Reyn və Saksoniyaya qarşı iddiaları səbəbindən ən böyük təhlükəni Prussiya kimi görürdü. Hətta bu səbəblə Fransa Avstriya və Böyük Britaniya ilə gizli saziş imzalayaraq sonrakı mərhələdə Rusiyanı Saksoniya və Polşa məsələsində güzəştə getməyə məcbur etdi.
Konqresin Yekun Aktı 1815-ci il iyunun 9-da Rusiya, Prussiya, Fransa, Böyük Britaniya, Avstriya və İsveçrə tərəfindən imzalandı. Bu sənəd Avropanın ərazi və siyasi sistemində əhəmiyyətli dəyişikliklər etdi və Avropanın və koloniyaların “Napoleon üzərində qalib gəlmişlər” arasında yenidən bölgüsünün nəticələrini göstərdi.
1815-ci ildən sonra Avropa qitəsinin siyasi xəritəsi (Mənbə: Wikimedia Commons)
Vyana Konqresi tərəfindən yaradılan beynəlxalq münasibətlər sistemi Müqəddəs İttifaqın rəyi ilə tamamlandı. Müqəddəs ittifaq kimi tanınan “Heilige Allianz” Vyana Konqresində qurulmuş beynəlxalq nizamın qorunması üçün yaradılan Rusiya, Prussiya və Avstriyanın mühafizəkar birliyidir.
Vyana Konqresinin nəticələri barədə danışarkən Avropa Konserti haqqında da danışmaq məcburiyyətindəyik. Bunu başa düşmək lazımdır ki, Vyana Konqresi müvəqqəti olaraq Avropanın münaqişələrinə son qoya bilərdi. İlk olaraq “hamıya qarşı təbii müharibə vəziyyətini” məhdudlaşdıran dövlətlərin aktyorlarının azadlıqlarını təsirli dərəcədə məhdudlaşdıran şey böyük dövlətlərin hegemonluğu formasında qalan “Avropa konserti” idi. Vaxt keçdikcə böyük dövlətlərin müharibələri az siyasi qazancla getdikcə baha başa gəldi. Beləliklə, əksər böyük dövlətlərin (xüsusən də mövcud status-kvo ilə razı olanların) ilk növbədə heterogen beynəlxalq birliyin nizamlı sistemə çevrilməsinə baxmayaraq, ziddiyyəti müharibə yolu ilə həll etmək üçün dinc inkişaf dövrünü uzatmaq istəyi yarandı.
Bu sistem öz təsirini 1848-ci ilə qədər apardı, Avropa qitəsində yenidən inqilablar oldu və ən əsası 1853-cü ildə geniş miqyaslı Krım müharibəsi başladı.
Vyana Konqresi və beynəlxalq münasibətlər sisteminin əsasının qoyulması was originally published in Poctalyon on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
İnsani sivilizasiya və qloballaşma indiki ssenaridə qlobal mühitdə davamlı dəyişikliyin əsas günahkarlarıdır. Burnundan plastik pipet çıxarılan tısbağaya yanan bəşəriyyət, buna səbəb olan arxa planı görmədi…
Bir orqanizmi ömrü boyu əhatə edən və ona təsir edən hər şeyə ətraf mühit deyilir. Bu mühit həm canlı (biotik), həm də cansız (abiotik) komponentlərdən ibarətdir. İnsani sivilizasiya və qloballaşma indiki ssenaridə qlobal mühitdə davamlı dəyişikliyin əsas günahkarlarıdır. Qlobal ekoloji problemlərə töhfə verə biləcəyi deyilən müxtəlif proseslərə çirklənmə, qlobal istiləşmə, ozonun tükənməsi, turşu yağışı, təbii ehtiyatların tükənməsi, meşələrin qırılması, biomüxtəlifliyin itirilməsi və s. daxildir. Demək olar ki, bütün bu proseslər təbii ehtiyatlardan qeyri-sabit şəkildə istifadənin nəticəsidir və ətraf mühitə bir çox mənfi təsir göstərir.
Əsas təsirlərdən biri yanacağın sənaye və avtomobillər tərəfindən yandırılması nəticəsində atmosferə çox miqdarda karbon qazı və digər istixana qazlarının buraxılmasıdır. Nəticə dünya miqyasında çirklənmə problemi, planetimizin temperatur dalğalanması, ozon dəliyi və Yer kürəsinin iqlimində qarşısı alınmaz dəyişikliklərdir.
Meşələrin itirilməsi, su obyektlərinə və onların ekosistemlərinə turşu yağışı ilə zərər vurma, təbii ehtiyatların həddən artıq istismarı, yaşayış yerlərinin məhv olması və digər tanınmış səbəblər üzündən növlərin kütləvi şəkildə məhv olması dünya miqyasında ekoloji problemlərlə əlaqədardır.
Sürətlə böyüyən demoqrafik quruluş və qloballaşma nəzarətsiz urbanizasiya, sənayeləşmə, meşələrin qırılması və faydalı kənd təsərrüfatı torpaqlarının itirilməsi səbəbindən bir sıra ekoloji problemlərə yol açır. Təhlükəsiz su, pis sanitariya və gigiyena şəraiti, havanın çirklənməsi və qlobal iqlim dəyişikliyi dünyada ölümlərin və xəstəlik yükünün təxminən onda bir hissəsini təşkil edir.
Belə ekoloji problemlərə görə planetimiz ciddi ekoloji böhranla üzləşir. Mövcud ekoloji problemlər indi fəlakətlərə və faciələrə səbəb olur, gələcəkdə də itkilərin səbəbi olacaq və bu məsələlərin aradan qaldırılması üçün müvafiq qanunların hazırlanması və insanların təbii ehtiyatlardan davamlı şəkildə istifadə etmələrini təmin etmək üçün məsul orqanlardan təcili diqqət tələb edilməlidir.
Kənd təsərrüfatındakı problemlər
Hər gün nə qədər yemək yediyinizi düşünün. İndi dünya əhalisinin nə qədər olduğunu və bu insanların hamısının qidalanması üçün nə qədər qidaya ehtiyac olduğunu düşünün. Əkinçiliyin inkişafından bəri, əhalini qidalandırmaq üçün tələb olunan qidanın əksəriyyəti sənayeləşmiş kənd təsərrüfatı hesabına istehsal edilmişdir. 1960-cı illərdən bəri bu növ kənd təsərrüfatından istehsal olunan qida miqdarı kəskin şəkildə artdı və hazırda yer üzündə hər bir insanı qidalandırmaq üçün kifayət qədər qida istehsal olunur.
Sənayeləşmiş kənd təsərrüfatı böyük miqdarda qida istehsalında uğurlu olsa da, kənd təsərrüfatındakı problemlər səbəbindən ərzaq istehsalının gələcəyi təhlükə altındadır. Kənd təsərrüfatında ən böyük problemlərdən ikisi əkin sahələrinin itirilməsi və istehsal olunan bitki və heyvandarlıq növlərinin azalmasıdır.
Kənd təsərrüfatının ətraf mühitə təsiri torpaqdan suya, havaya, heyvan və torpaq müxtəlifliyinə, insanlara, bitkilərə və qidanın özündə olan müxtəlif amillərə bölünür. Kənd təsərrüfatı ilə əlaqəli bəzi ekoloji problemlər iqlim dəyişikliyi, meşələrin qırılması, ölü zonalar, gen mutasiyaları, suvarma problemləri, çirkləndiricilər, torpağın deqradasiyası və tullantılardır.
İqlim dəyişikliyi
İqlim dəyişikliyi və kənd təsərrüfatı bir-biri ilə əlaqəli proseslərdir, hər ikisi dünya miqyasında baş verir. Qlobal istiləşmənin kənd təsərrüfatına, o cümlədən temperatur, yağış və buzlaq əriməsinə təsir göstərəcəyi proqnozlaşdırılır. Bu saydıqlarımız biosferin insan əhalisi və ev heyvanları üçün kifayət qədər qida istehsal etmək qabiliyyətini təyin edir. Dəm qazının səviyyəsinin yüksəlməsi məhsuldarlığa həm zərərli, həm də faydalı təsir göstərə bilər. Qlobal iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirinin qiymətləndirilməsi əkinçilik məhsuldarlığını artırmaq üçün əkinçiliyi düzgün təxmin etməyə və uyğunlaşdırmağa kömək edə bilər. İqlim dəyişikliyinin kənd təsərrüfatı istehsalına təsirinin qeyri-müəyyən olmasına baxmayaraq, fərdi əkin üçün uyğun böyümək zonalarını dəyişdirməsi ehtimalı böyükdür. Bu coğrafi dəyişikliyə düzəlişlər xeyli iqtisadi xərcləri və sosial təsirləri əhatə edəcəkdir.
Meşələrin qırılması
Meşələrin qırılması dünyanın meşələrini geniş miqyasda təmizləyir və nəticədə çox sayda torpaq ziyanına səbəb olur. Meşələrin azalmasının səbəblərindən biri otlaq və ya əkin üçün torpaq sahələrini genişləndirməkdir. İngilis ekoloq Norman Myersin sözlərinə görə, meşəsizləşmənin 5% -i maldarlıq, 19% -i həddindən artıq ağır meşəbəylik səbəbindən, 22% -i xurma yağı plantasiyalarının böyüyən sektoru səbəbiylə və 54% -i sənayeləşmiş əkinçilik ilə əlaqədardır.
İndoneziyanın Riau əyalətindəki yağlı xurma əkinləri üçün ərazilərin təmizlənməsi ilə əlaqəli yanğınlar atmosferə külli miqdarda karbon buraxır və ölkə boyunca zəhərli duman yayır. Fotoşəkil Aulia Erlangga tərəfindən Beynəlxalq Meşə Tədqiqatları Mərkəzi üçün çəkilmişdir.
Meşələrin qırılması milyonlarla növün yaşayış yerini itirməsinə səbəb olur və eyni zamanda iqlim dəyişikliyinin sürücüsüdür. Ağaclar bir karbon lavası rolunu oynayır: yəni atmosferdən istənməyən istixana qazını, karbon qazını udurlar. Ağacların kəsilməsi atmosferə karbon qazını buraxır və havada artan karbon qazını fotosintez yolu ilə oksigenə çevirmək üçün daha çox ağac tələb olunur. Bu şəkildə meşələrin qırılması iqlim dəyişikliyini artırır. Ağaclar meşələrdən çıxarıldıqda torpaqlar qurumağa meylli olur, çünki artıq kölgə olmur və su buxarını ətraf mühitə qaytararaq su dövranına kömək edəcək ağaclar məhvə doğru gedir. Gələcəkdə meşələr, mənzərələri olan yerlər heç bir ağac olmadan potensial olaraq çöllərə çevrilə bilər. Ağacların kəsilməsi da temperaturun həddindən artıq dalğalanmasına səbəb olur.
Etik olmayan heyvan istismarı
Heyvandarlığın ətraf mühitə vurduğu zərər kimi, heyvanlara vurduğu psixoloji və travmatik zədələr az deyil. Gündəlik həyatda heyvandarlıq təsərrüfatları ətə olan tələbatımızla əlaqələndirilir.
Ətin ətraf mühitə təsiri olduğunu bilirik. Biz bilirik ki, ət istehlakımızı azaltmaq, karbon emissiyasını daha kiçik hala gətirməyə kömək edə bilər. Bəs bu iddiaların arxasında statistika və faktlar nələrdir?
Heyvan kənd təsərrüfatı istixana qazı tullantılarının 18% -i üçün cavabdehdir, bu,bütün nəqliyyat vasitələrinin havaya atdığı qazların cəmindən çoxdur. (Mənbə: FAO, 2005)
Heyvandarlıq insanla əlaqəli bütün azot oksidi tullantılarının, 65% karbon qazının, 296 dəfə qlobal istiləşmə potensialına malik istixana qazından məsuldur və atmosferdə 150 ​​il qalır. (Mənbə: Birləşmiş Millətlər Təşkilatı, 2006)
Heyvan kənd təsərrüfatında su istehlakı ildə 128–287 trilyon litr arasında dəyişir. (Mənbə: BioScience, 2004)
2500 inəyi olan bir ferma 411 min əhalisi olan şəhərlə eyni miqdarda tullantı istehsal edir. (Mənbə: Ətraf Mühitin Mühafizəsi Agentliyi, 2004)
Hər il Avstraliyada ət üçün 600 milyondan çox toyuq istehsal olunur. (Mənbə: Avstraliya Toyuq Ət Federasiyası, 2013)
İnsanlar indi orta hesabla gündəlik zülalın üçdə birini və enerjisinin 17 faizini (kalorini) heyvan mənbələrindən əldə edirlər. (Mənbə: Steinfeld, 2006, Henning 2011-də göstərilmişdir).
Heyvanlar indi qlobal ərzaq tədarükünün təmin etdiklərindən daha çox zərər çəkirlər. (Mənbə: Henning 2011).
Heyvandarlıq istehsalı dünyada su istifadəsinin 8%-ni təşkil edir. (Mənbə: Steinfeld, 2006, Henning 2011-də göstərilmişdir).
2050-ci ilə qədər dünya əhalisinin 9 milyarda çatacağı proqnozlaşdırıldıqda heyvandarlıq məhsullarına tələbatın iki dəfə artacağı proqnozlaşdırılır ki, bu da heyvandarlıqdan istixana qazı ifrazının artmasına səbəb olacaqdır. (Mənbə: McAlister 2011)
BMT-nin məlumatına görə hər il kəsim üçün göndərilən sənaye mal-qarasının sayı Yer kürəsindəki insan əhalisinin səkkiz qatına bərabərdir. Tarixdə heç bir zaman bu qədər heyvan öldürülməmişdir və ya bu qədər əziyyət çəkməmişdir. Kütləvi istehsal və kəsim müəssisələri heyvanların əziyyət və sui-istifadə hallarının əsas səbəbidir. Bu səssiz qurbanlar ət, süd və yumurta istehsal edən maşınlara çevrildi. Bu heyvanlar yaşamaq istəyi olan həssas varlıqlardır, lakin biz bu istəyi onların əlindən öz maraqlarımızı və dad zövqümüzü təmin etmək üçün alırıq.
Süfrələrimizdə yer alan toyuq haqqında araşdırma etsək görərik ki, bu qida süfrələrimizə qeyri-etik yollarla gəlib çatır. Hətta cücələr o qədər ağıllıdırlar ki, Avstraliyanın Macquarie Universitetinin keçmiş heyvan davranışı üzrə mərhum doktor Chris Evans qeyd edirdi:
“Konfranslarda bir hiylə olaraq toyuqları qeyd etmədən ağıllı davranışlar sərgiləyən heyvanlar haqqında danışanda insanlar mənim meymunlar haqqında danışdığımı düşünür.”
Lakin fabrik təsərrüfatlarında böyüdülən toyuqlara heç vaxt təbii və ya vacib olan hər hansı bir işi görmək imkanı verilmir. Hər il milyonlarla, milyardlarla bu həssas heyvanlar yem üçün öldürülür və onların əksəriyyəti həyatlarını yumurtadan çıxdıqları andan öldürüldükləri günə qədər həbsdə keçirirlər. “Sərbəst” və ya kütləvi istehsal fermalarda böyüdülən toyuqlar hələ də dimdiklərinin bir hissəsi isti bıçaqla kəsilərək məhv edilir və adi təsərrüfatların toyuqlarını öldürən eyni dəhşətli kəsmə ocaqlarında həyatlarına şiddətlə son qoyulur.
Ət üçün yetişdirilən toyuqlar toyuq sənayesi tərəfindən “broylerlər” adlandırılaraq həyatlarını on mindən çox toyuqla birlikdə çirkli, ammonyak dolu qəfəslərdə keçirirlər. Bir çox digər toyuqla birlikdə sıxılmaq onları vəhşiləşdirərk, bir-birilərini didməsi və tüklərini yolmasıyla nəticələnir ki, açılan yaralara heç vaxt baytar tərəfindən müdaxilə edilmir. Ət üçün böyüdülən toyuqların əksəriyyəti qeyri-adi dərəcədə qısa müddətdə böyüyür və böyüməni təşviq edən dərmanlarla qidalanır. Bir çox quş skelet problemindən əziyyət çəkir və hətta astsitdən ölür. Təbiətdə bu xəstəliklər, demək olar ki, heç vaxt baş vermir.
Astsit — ürəkləri və ciyərlərinin sürətli skelet böyüməsinə davam gətirə bilməmələrinin səbəb olduğu bir xəstəlikdir.
Yumurtadan cəhənnəmə: yumurta sənayesi
Yumurtası üçün istismar olunan quşlar, yumurta sənayesi tərəfindən lələklərini çıxaran, dərilərini zədələyən və ayaqlarını şikəst edən naqil batareyaları qəfəslərində bir yerə yığılırlar. Ət üçün böyüdülən toyuqlar kimi, yumurta fermalarında olan toyuqlar adətən günəş işığından, təmiz hava və təbiətdən ləzzət ala biləcəkləri hər şeydən məhrumdurlar.
Erkək cücələr yumurta verə bilmədiyi və ət sənayesinin həddindən artıq əti istehsal etməməsi səbəbindən yumurtadan çıxan kimi ya kəsici aparatlara atılır, ya qazla boğulur ya da diri-diri yanırılır. Dişi cücələr anaları kimi eyni, qısa, acınacaqlı həbsxanaya məhkum edirlər. Toyuqlar təbiətdə 10 ildən çox yaşaya bilsələr də, adətən, cəmi iki ildən sonra yumurta istehsal etməyə davam etmək üçün bədənlərində taqət qalmadıqda kəsimxanalara göndərilir.
Kəsim üçün hazırlanan toyuqlar lazımi qida və su olmadan, nəqliyyat vasitələrində sıx şəkildə uzun məsafələrə aparılır. Kəsimxanada ayaqları zəncirlənir, boğazları bir maşın tərəfindən kəsilir və lələklərini çıxarmaq üçün isti-isti suya batırılırlar. Bir çoxu bütün işgəncə prosesində hələ də şüurlu olur. Təəssüflər olsun ki, hələ də insanların qida təhlükəsizliyi üçün heyvan istismarı heç səngimədən davam edir.
Meşələrin qırılması və idarə olunması problemi
2012-ci ildə meşə təsərrüfatı və digər torpaq istifadəsi dünya tullantılarının 10 faizini təşkil etmişdir. Yer kürəsindəki kənd təsərrüfatına yararlı torpaqların çoxu artıq tarlalara və otlaqlara çevrilmişdir. Əkin və ya otlaq üçün yararlı qalan torpaqlar əsasən tropik biomlarda – tropik meşələrin dörddə üçü, meşəliklər və savannalar uyğun gəlir. Meşələr tez-tez kiçik fermer təsərrüfatlarının yerli qida ehtiyaclarını ödəmək üçün təmizlənir, lakin yağ, xurma və soya pambığı kimi qlobal mallara tələbat üstünlük təşkil edən bir hala gəlir.
Əvvəllər olduğu kimi gələcək ərzaq ehtiyaclarını ödəyəcəyiksə – inkişaf etməkdə olan ölkələrdə məhsul istehsalı əsasən əkinə yararlı torpaqların genişlərməsi hesabına artırsa, 2050-ci ilə qədər qlobal kənd təsərrüfatı tullantılarının ən azı 30 faiz artacağı təxmin edilir. Bu gün heyvandarlıq və böyüməkdə olan bitkilərin tullantıları kənd təsərrüfatı tullantılarının əsas səbəbkarıdır.
Dünyanın plastik çirklənmə böhranı
Planetin çox hissəsi heyvan və bəlkə də insan sağlamlığına zərər verən atılmış plastikdə üzür. Bəs istehlak edilən bu plastiklər təmizlənə bilərmi?
Plastik çirklənmə ətraf mühitin ən aktual problemlərindən birinə çevrildi, çünki sürətlə artan birdəfəlik plastik məhsulların istehsalı dünyanın onlarla mübarizə etmək qabiliyyətini çoxdan geridə qoydu. Plastik çirklənmənin ən yüksək payı Asiya və Afrika ölkələrində görünür, burada zibil toplama sistemləri çox vaxt lazımi səviyyədə olmur və ya ümumiyyətlə təmizlənmə mövcud deyil, xüsusən, təkrar emal nisbəti az olan ölkələrdə, su hövzələri bu plastiklərdən “yaxa qurtarmaq” üçün ideal yerlər hesab olunur.
Üzvi əsaslı yanacaqlardan hazırlanan plastiklərin təbiətdə qalma müddəti bir əsrdən çoxdur. İkinci Dünya Müharibəsindən sonra minlərlə yeni plastik məhsulun istehsalı və inkişafı sürətləndi, beləliklə, müasir əsrin dəyişdirilməsi ilə plastik olmadan həyatın bu gün tanınmaz hala gələcəyini bildirdi. Plastiklər pula qənaət edən qurğularla tibbdə inqilab etdi, kosmos səyahətini mümkün etdi, ucuz gigiyenik vasitələr və həyatımızın hər anında istifadə edəcəyimiz məişət mallarını yaratdı. Amma təbiəti qarşısı alınmaz, dəhşətli böhranla üz-üzə qoydu. Burnundan plastik pipet çıxarılan tısbağaya yanan bəşəriyyət, buna səbəb olan arxa planı görmədi…
Mənbələr:
“The world’s plastic pollution crisis explained”
“WHY FACTORY FARMING IS THE LARGEST CAUSE OF ANIMAL ABUSE IN HISTORY”
“The World’s Most Abused Animals: Chickens Used for Meat and Eggs”
“Negative Effects of Agriculture on Our Environment”
“World Agricultural Production”
Ətraf mühit və insanlar was originally published in Poctalyon on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Çin hökuməti Tyananmen meydanı mitinqini sona çatdıran qətliama görə məsuliyyətə cəlb olunacaqmı?
Qeyd: Bu məqalə “The Economist” portalında nəşr edilən 30 may 2019-cu il tarixli “Many Chinese know little about the bloodshed in Beijing 30 years ago” məqaləsinin tərcüməsidir.
Qoşunların etirazçıları Tyananmen meydanından və mərkəzi Pekin ərazisindən qovması üçün öldürücü qüvvədən istifadə etməsindən 30 il keçir və bu məsələni gizlətmək Çin hökuməti üçün ağır bir yükə çevrilib. Çinin təhlükəsizlik maşını 1989-cu ildə baş vermiş bu hadisələr haqqında açıq-aydın danışan hər kəsə senzura tətbiq etməyə və həbs etməyə hazırdır. Lakin 30 ildən uzun müddətdir ki, davam edən bu repressiya əməliyyatı əsgərlərin və tankların vətəndaşları əzərək Pekinin simvolik ürəyinə doğru irəlilədiyi 3–4 iyun faciəsindən fərqli olaraq soyuqqanlı və bürokratik effektivlik ilə həyata keçirilir.
Tyananmen meydanı mitinqi ilə bağlı olan ən sonuncu həbsxanaya salınma halı 2019-cu ilin 4 aprelində baş verib. Çinin cənub-qərbində yerləşən Çendu şəhərindəki məhkəmə sistemi siyasi aktivist Çen Binqə “dava saldığına və narahatlılığa səbəb olduğuna” görə üç il yarımadək həbs cəzası verib. Onun törətdiyi cinayət məlumdur: baytszyu alkoqollu içki butulkalarının üzərinə tankların önünə çıxan “Tank Man” ləqəbli etirazçının ikonik şəklini yerləşdirmək. Həmin şəkil və ya 1989-ci ildə Tyananmen meydanında baş verən hadisələrə hansısa bir istinad Çində siyasi bir tabudur. Çin hökuməti hər il qətliamın baş verdiyi tarixə yaxınlaşdıqca ordu tərəfindən öldürülənlərin qohumlarını, o cümlədən soyuqqanlılıqla güllələnən məktəblilərin analarını nəzarətə alır və ya şəhərdən xaricə, məcburi səyahətə yollayır.
Tyananmen meydanı qətliamını gizlətmək işi bu qadağan olunmuş məzmunu silmələri üçün xeyli insanı işə götürməyə məcbur olan internet və sosial şəbəkə şirkətləri üçün də baş ağrısıdır. Bu işçilərin Tyananmendə olanlara aid edilən istinadları tapmaları və silmələri üçün onlar ilk öncə orada nə baş verdiyini öyrənməlidir. “New York Times” portalı yanvar ayında bu “məzmun yoxlama fabrikləri”ndən birini əhatə edən araşdırma yayımlamışdı.
Çadır qurmuş etirazçı tələbələr.
Bir vaxtlar belə bir cəhalətin mövcudluğunun qeyri-mümkün olduğuna inanılırdı. Yüzlərlə, hətta minlərlə insan Pekin və başqa şəhərlərdə qətlə yetirilmişdi. Ən azı on minlərlə insan “əks-inqilabçı qiyam” olduğu elan edilən mitinqdə həbs edilmişdi. Şübhəlilər ev və iş yerlərindən, habelə küçələrdən oğurlanaraq polis idarələrinə aparılmışdı. Mitinq tələbə və işçiləri, iş forması geyinmiş hakimlər və polis kadetlərini, eləcə də dövlət mediasından olan jurnalistləri cəlb etmişdi. Onları birləşdirən “Biz həqiqəti çap etmək istəyirik” banneri idi. Onlar hamısı təhlükə altında idi. Onların çoxu ilə təhsillərinin dayandırılması ilə bağlı görüşlər keçirildi. Bəxti gətirməyənlər həbsxanalara salındı. Həbsxanada dəhşətli anlar yaşayan bir neçə şəxs ölkədən sürgün edildi. Milyonlarla insan bu faciələrə və onun nəticələrinə şahid oldu.
1989-cu ildə Kommunist Partiyasının rəhbəri olan Çjao Szıyan mitinq zamanı hərbi müdaxiləyə qarşı çıxdığına görə vəzifəsindən azad edilmişdi. Çjao digər dövlət xadimləri arasında aparılan müzakirələrdə etirazçıları vətənpərvər adlandırmış və onları daha güvənilən bir hökumət, daha ağır antikorrupsiya tədbirləri və konstitusiyada qeyd edilən azadlıqların qorunmasını tələb etdiklərinə görə tərifləmişdi. O, repressiyaya uğradı və 2005-ci ildə vəfat edənədək polis nəzarətində yaşadı. Çjao 1997-ci ildə, ev dustaqlığında ikən yazdığı bir məktubda qeyd etmişdi ki, xalq həmin mitinqi və partiyanın əməllərini heç vaxt unutmayacaq.
Buna baxmayaraq, xalq unudur. Bu unutma prosesinin bir hissəsi valideynlərin uşaqlarına siyasətə azca belə qarışmasına qarşı çıxmasına görədir. İndiki partiya rəhbərliyinin arzusunu ağıla gətirmək çox da çətin deyil: bütün Çin 1989-cu ilin vurğunluğu, dəhşəti və ümidlərini unutsun ki, heç bir dissident ayağa qalxmasın. Həmin partiya rəhbərliyi xaricilərin də 1989-cu il hadisələrini unutmasını istəyir. Kommunist dövlət xadimləri axıdılan qanlar Pekin küçələrindən təmizlənərkən belə iddia edirdilər ki, guya mitinq mülki münaqişə yaranmasın, partiyada birlik yaransın və Çin sabit qalsın deyə yatırılmışdı. Onların bugünkü arqumentlərinin mahiyyəti odur ki, Çin zorakı qüvvədən istifadə etməsinə rəğmən yox, məhz zorakı qüvvədən istifadə etdi deyə uğur qazanıb.
Tyananmen meydanında törədilən qətliam.
Qərb bu iddiaya birmənalı yanaşır, inanmır və irəli sürür ki, şiddət, paranoya və dözümsüzlük Çin dövlətini bu günə kimi durmadan zəiflədir. Bu isə partiya xadimlərini dəli edir. Xaricilərin qeyri-rəsmi həmkarlar ittifaqlarında işləyən tələbələrin dindar, feminist, envayromentalist və ya solçu olmalarından asılı olmayaraq bütün müstəqil düşünən insanlara qulaq asması onları qəzəbləndirir.
Çinin liderləri dünyanın onların ölkəni demək olar ki, hər bir vətəndaşın qane olduğu bir majoritar razılıq ilə idarə etdiklərinə inanmasını istəyir. Onlar bu ssenariyə ölkənin qərbində yerləşən Sincan bölgəsindəki amansız distopiyanı da əlavə etməlidirlər. Ən azı bir milyon türkdilli müsəlman uyğur “yenidən təhsil düşərgələri”nə göndərilib. Partiya rəhbərliyi inad edir ki, çinlilərin əksəriyyəti bunları dəstəkləyir, görülən işlərin radikal İslamı və terrorizm təhlükəsini aradan qaldırmaq üçün verilməli olan qurban olduğuna inanır.
Kommunist rəhbərlər arzuladıqları şeylərdə diqqətli olmalıdırlar. Çin çox gizli bir ölkədir və ölkə iqtisadiyyatının böyüməsindən faydalanan kütlənin ümumi məmnunluq dərəcəsini könüllü razılıq dərəcəsi ilə səhv salmaq çox asandır. Buna görə də status-kvoya verilən dəstəyin nə qədər sabit olması naməlumdur. Tyananmen meydanı qətliamının ildönümü həmişəkindən fərqli olaraq, hər hansı bir etirazın baş verməməsi ilə keçsə, bu, sadəcə Çin milləti üçün yox, bütün demokratik dünya üçün təhlükəli bir an olar. Partiyanın özündənrazı, avtoritar üsulları Qərbdə təcəssüm olunan universal dəyərlər üçün bir maneədir. Prezident Donald Tramp bir çoxuna görə həmin dəyərlərə özgə bir şəxs olsa belə, bu, həqiqətdir. 30 il əvvəl Pekində baş vermiş hadisələri o, dəhşətli zorakılıq tətbiqi ilə sona çatdırılmasına baxmayaraq, “möhkəm, güclü bir hökumət”in bir “qiyam”ı boğması kimi qələmə verib.
Təbii ki, əcnəbilər sıravi bir çinlinin varlandıqca Qərbin təmin etdiyi azadlığı arzuladığını düşünmələri ilə göstərdikləri narsissizmə görə məsuliyyət daşıyırlar. Çindəki müxalifət önəmlidir. Qərb hökumətləri məhz buna görə Çin xalqı ilə yox, dövlət rəhbərliyi ilə münaqişədə olduqlarını söyləyə bilirlər. Heç də hər çinli partiya-dövlətin cəsusu hesab olunmur. Onlar Qərbdə tələbə və biznes əməkdaşı kimi qəbul olunurlar. Partiya minnətdar olmalıdır ki, bəzi vətəndaşlar şəffaf, güvənilən bir hökumət istəyirlər və propaqandaya inanmırlar. Dövlət xadimləri islahatçıları onların əleyhdarları ilə üz-üzə qoyan partiyadaxili ixtilaflara tolerant yanaşmalıdır. Onlar xoşbəxt olmalıdırlar ki, çətin senzura əməliyyatına ehtiyac qalmayacaq. Nə 4 iyunda, nə də ki başqa bir gündə. Xalqı tərəfindən birmənalı olaraq dəstəklənən, sərt şəkildə birləşmiş, milliyətçi bir Çin avtoklav dünya üçün bir dəhşətdir.
Pekindəki qətliamın izlərini silən Çin was originally published in Poctalyon on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Qeyd: Bu məqalə 16 avqust 2019-cu ildə Amina Xan tərəfində yazılmış və “Los Angeles Times”da yayımlanmış “Getting killed by police is a leading cause of death for young black men in America”adlı məqalənin tərcüməsidir.
Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində baş verən ölümlər barəsində aparılan araşdırmanın nəticələrinə əsasən Amerikada hər 1000 qaradərili kişidən biri polislər tərəfindən öldürülür. Bu isə ağdərili kişilərin polislə münaqişə zamanı öldürülmə ehtimalından tam 2,5 dəfə çoxdur.
Araşdırma göstərir ki, “latino” kişilər, qaradərili qadınlar, eyni zamanda, yerli amerikalı kişilər, qadınlar və uşaqların polis tərəfindən öldürülmə nisbətləri eyni ağdərili qruplardan daha yuxarıdır. Lakin qaradərili kişilərin göstəriciləri, xüsusilə, narahatlıq doğurur.
“1000-də 1 göstəricisi bizi çox təəccübləndirdi, — deyə tədqiqata rəhbərlik edən və Ratqers Univesitetində sosioloq olan Frank Edvards bildirib, — bu, polis tərəfindən öldürülmə ehtimalınız lotereya qazanmaq ehtimalınızdan yüksəkdir deməkdir.”
Edvards və həmmüəlliflərinin hazırladığı tədqiqat həm də 2013–2018-ci illər arasında polis zorakılığının bütün gənc kişilər üçün başlıca ölüm səbəblərindən biri olduğunu aşkara çıxarmışdır.
Polis zorakılığının ölümcül nəticələri
Hər 1000 qaradərili kişidən 1-inin polis zorakılığı nəticəsində ölməsi və bunun ağdərili kişilərə nisbətən 2,5 dəfə yuxarı olması faktı analizlərin əsas nəticəsidir. Ümumi göstəricilər yaşa əsasən fərqlənsə də, ən yuxarı rəqəmlər gənclər üçün keçərlidir. Aşağıda 25–29 yaşlı qaradərili kişilərin başlıca ölüm səbəbləri və onların ölüm göstəricilərinin müqayisəsi verilmişdir (100 min nəfərin məlumatlarına əsasən):
Zorakılıq halları — 94,2
Qəzalar — 52,1
İntihar — 17,5
Ürək xəstəliyi — 14
HİV — 6,8
Xərçəng — 6,2
Polis tərəfindən güc tətbiqi — 3,4
Diabet — 2,8
İnfluenza və pnevmoniya — 2
Bu ay (Qeyd: Məqalə avqust 2019-cu ildə yazılmışdır.) Milli Elmlər Akademiyasının sənədlərində nəşr edilən tədqiqat Erik Qarner, Tamir Rays və Freddi Qrey kimi qurbanların timsalında bu prosesin ağır nəticələrini nümayiş etdirir.
5 il əvvəl Sent-Luis yaxınlığında, Ferqusonda Maykl Braun ölümlə nəticələnəcək şəkildə silahla vurulmuş, etirazçılar və aktivist qruplar ictimai diqqəti Afro-amerikalı və digər ağdərili olmayan şəxslərə qarşı qeyri-mütənasib gücdən istifadəyə çəkməyə fokuslanmışdı.
Tədqiqatçılar isə bu zaman uzunmüddətli nəticələrinin orijinal qurbandan daha irəliyə getdiyi polis zorakılığını ictimai sağlamlıq problemi kimi araşdırmağa yönəldilər.
“Bu məsələ icmalar üzərində həm fiziki, həm də mənəvi cəhətdən zərərli təsirlərə səbəb olur,” — Edvards vurğulayır.
“The Lancet”də yayımlanan araşdırmanın nəticələrinə görə silahsız qaradərili kişilərin polis tərəfindən öldürülməsi hadisənin baş verdiyi ştatda yaşayan qaradərili kişilər arasında depressiya və emosional problemlər kimi psixoloji sağlamlıq problemlərində artıma gətirib çıxarır.
“Və daimi qorxu halında yaşamaq xroniki stressə səbəb olur,” — Edvards bildirir. O, həmçinin, “söhbət” mövzusuna — Afro-amerikan valideynlərin övladları, xüsusilə də, oğulları ilə polislə qarşılaşdıqda zərər çəkməmək üçün çəkinmək məsələsində söhbətlərə də toxunur.
“Onlar bilirlər ki, qaradərili gənclər “təbii olaraq” şübhəli şəxs kimi fərqləndirilir.”
Xərçəng, ürək xəstəliyi və digər başlıca ölüm səbəbləri ilə birgə polis zorakılığı nəticəsində baş verən ölümlərin səviyyəsini dəqiq tədqiq etmək onun zərərlərini məhdudlaşdırmaq və hətta əsas səbəblərini tapıb “müalicə” etmək üçün olduqca vacibdir. Amma tədqiqatçıların fikrincə, belə zorakılıq nəticəsindəki ölümlər barədə dəqiq məlumatlar toplamaq rəsmi mənbələrin məhdud olması səbəbindən çox çətindir.
Araşdırma müəllifləri “The National Vital Statistics System”in statistikalarının bu ölümlərin bəzilərini qeyd etsə də, bir çox halda məlumatların tam göstərmədiyini deyirlər.
Məlumatları əldə etmək üçün Edvards və həmkarları jurnalistlər tərəfindən idarə olunan və xəbərlərdə, ictimai hesabatlarda və sosial mediada polis zorakılığı haqqındakı məlumatları toplayan “Fatal Encounters”ə müraciət etməli olublar. Tədqiqatçıların dediyinə görə, rəsmi mənbə olmasa da, bu təşkilat ən sonuncu rəqəmləri müəyyənləşdirməklə onları informasiya ilə təmin edib və bu rəqəmlər federal hökümətin təsdiqlənmiş Ədalət Bürosu Statistikalarına uyğun gəlir.
“The National Vital Statistics System” və “Fatal Encounters”dən alınan məlumatların təhlili ilə tədqiqatçılar polis zorakılığının ölümcül nəticələrini və onun yaş, cins və irqə görə müqayisəsini tamamlamağı bacarıblar.Polis tərəfindən intihar, nəqliyyat qəzaları, dozanı aşmaq və yıxılmaqla baş verdiyi qeyd edilən ölümlər daxil edilməmişdir.
Latın əsilli kişilər üçün polis zorakılığı nəticəsində ölüm riski ağdərili həmcinslərindən 1,4 dəfə yuxarı olmuşdur. Yerli amerikalı kişilər üçün isə bu riskin 1,2–1,7 dəfə yuxarı olduğu hesablanmışdır.
Ümumilikdə, qadınların polis zorakılığı nəticəsində öldürülməsi riski kişilərdən 20 dəfə aşağı olmuşdur. Bununla belə, qadınlar arasında da etnik mənsubiyyət və irqə görə fərqlər nəzərə çarpır.
Məsələn, tədqiqatın nəticələrinə görə qaradərili qadınların polis tərəfindən öldürülmə ehtimalı ağdərililərdən 1,4 dəfə artıqdır. Yerli amerikalı qadınların riski isə ağdərili qadınlardan 1,1–2,1 dəfə yuxarı olmuşdur.
Asiyalı və Sakit okean adalarından olan vətəndaşlar arasında isə həm kişilər, həm də qadınların hüquq-mühafizə orqanlarının güc tətbiqi nəticəsində həyatını itirmə riski ağdərili vətəndaşlardan riskinin yarısından da azdır.
Latın əsilli qadınlar da ağdərili həmcinslərindən 12–23% daha az bu taleyi yaşamalı olub. (Edvards bu nəticəni “maraqlı” hesab etsə də, əlavə araşdırma aparmadan fikir bildirməyə tərəddüd edir.)
Bütün qruplar içində gənclər arasında risk daha yüksəkdir, polis tərəfindən qətlə yetirilmə ehtimalı 20–35 yaş arasındakı vətəndaşlar üçün pik həddədir.
Tədqiqatın nəticələrinə əsasən 20–24 yaş aralığı kişilər üçün xüsusilə təhlükəlidir. Araşdırma dövründə 20–24 yaş arası qaradərili kişilər arasında polisin güc tətbiqili nəticəsində həyatına itirənlərin ümumi ölüm sayının 1,6%-ni təşkil etdiyi hesablanmışdır. Bu rəqəm “latino” və yerli amerkalı kişilər üçün isə 1,2%-dir. Lakin həmin yaş aralığında həyatını itirən ağdərili və Asiya əsilli kişilər üçün göstərici sadəcə 0,5% olmuşdur.
Tədqiqatın müəllifləri başqa amillərin də bu hadisələrə təsir göstərdiyini qeyd edirlər. Hansısa şəxsin etnik və irqi mənsubiyyət daxilində dərisinin tünd və ya açıq rəngli olması onun riskinə təsir göstərməsi mümkündür. Coğrafi faktorlar da mövcuddur, məsələn, latın əsilli vətəndaşların fərqli ştatlarda fərqli münasibət görməsi kimi.
Amma belə sualları cavablamaq üçün tədqiqatçılara əllərində olandan daha çox məlumat lazımdır. Polis saxlamaları haqqında məlumat, onların həbslə nəticələnib-nəticələnmədiyi polis müdaxilələrində hansı irqi qərəzlərin hansı səviyyədə olduğunu öyrənmək üçün çox vacib ola bilər. Bu məlumatların əldə edilməsi üçün isə ölkədəki polis departamentləri ilə daha yaxın əməkdaşlıq etmək lazımdır.
Polis tərəfindən öldürülmək Amerikada gənc qaradərili kişilərin başlıca ölüm səbəblərindəndir was originally published in Poctalyon on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
1. “Nintendo”
Şirkət öz səyahətinə oyun kartları istehsal edən kiçik bir fabrikdən başlamışdı. “Nintendo” oyun kartları rəqiblərindən öz yüksək keyfiyyəti ilə fərqlənirdi, çünki bu kartlar əl ilə rənglənir və laklanırdı.
1933-cü ildə “Nintendo Koppai” müştərilərinə geniş çeşidli oyun kartları təklif edirdi.
Təxminən 1915-ci ildə çıxan bu təqdimat kartında “Yamauchi Nintendo” — şirkətin o zamanlar istifadə olunan adı yazılmışdır.
İndiki “Nintendo”nun fəlsəfəsinin formalaşması üçün dönüş nöqtəsi 1956-cı il idi. Məhz o zaman “Nintendo”nun üçüncü prezidenti və qurucunun nəvəsi — Hiroşi Yamauçi Şimali Amerikadakı ən böyük kart şirkəti — “United States Playing Card Company” ilə iş əlaqələri qurmaq üçün ABŞ-a gəldi. Elə həmin il “Nintendo” şirkəti “Disney” ilə cizgi film personajlarını oyun kartlarına yerləşdirə biləcəkləri barədə bir müqavilə imzaladı. Bu, “Nintendo”ya çox böyük bir uğur gətirdi, Yaponiyada hər il 600 min komplekt kart buraxıldı.
60-cı illərin ortalarında isə şirkət böhran içərisində idi və hər kəs şirkətin sonunun çatdığını söyləyirdi. Kompaniyanın qurtuluşu kiçik bir eksperimental şöbədən — “Nintendo Games”dən gəldi. Bir sıra uğursuzluqlardan sonra şirkət bu sahədə böyük uğur qazandı. “Nintendo” portativ “Game Watch” cihazını istehsal etdi (SSRİ-də “Elektronika” kimi tanınırdı).
“Game Watch”un fenomenal uğurundan sonra 1980-ci ildə “Nintendo” ABŞ-da ilk filialını açdı. Bu uğurdan sonra ikincisi dərhal özünü yetirdi — istedadlı mühəndis Şigeru Miyamoto uğursuz oyun avtomatını əfsanəvi oyuna çevirdi. Beləliklə, 1981-ci ildə dünya “Donkey Kong” oyununu gördü. “Donkey Kong”un özündən əlavə oyunda Mario da iştirak edirdi.
80-ci illərin sonlarında “Nintendo” daha bir dünya hitini — 8 bitlik bir prosessor və maye kristal ekranı olan “Game Boy” prefiksini buraxdı. Bu sadə, lakin bir çox cəhətdən əvvəlki “Game Watch”dan üstün qurğu idi. Burada oyun üçün kartriclərdən istifadə olunurdu.
Lakin tezliklə bazara ciddi rəqiblər çıxdı — “Sega” və “Sony”. 1994-cü ildə “Sony” şirkəti “PlayStation” konsolunu buraxdı və satışlarda “Nintendo”nu sürətlə üstələdi.
Belə ki, şirkətin satışları kəskin düşdü və məhsulları yalnız azarkeşlər üçün maraqlı oldu. “Game Boy”un kiçik satışları şirkəti iflasdan xilas etdi. Lakin sonra qalxış baş verdi — şirkət dərhal populyarlaşan portativ bir oyun konsolu olan “DS”i, bir qədər sonra isə hamını funksionallığı və xüsusiyyətləri ilə heyran edən “Wii” prefiksini təqdim etdi.
2019-cu ilin yanvarında “Nintendo” 2018-ci ildə 5,59 milyard dollar gəlir əldə etdiyini, bunun 958 milyon dollarının mənfəət olduğunu bildirdi.
2. “Uber”
“Uber”in tarixi 10 il əvvəl Parisdə, bir qış gecəsində başladı. Startap ideyası onun qurucuları Kalanik və Kempin bir saatdan çox taksi gözlədikləri zaman meydana gəldi. Daha sonra bu ideyanın yaradılması və inkişafına başqa bir təşəbbüskar — Oskar Salazar qoşuldu. Bir il sonra “UberCab” rəsmi olaraq San-Fransiskoda qeydiyyatdan keçdi. 2010-cu ildə isə adı indi hər kəsə məlum olan “Uber”ə dəyişdirildi və layihənin prototipi hazırlandı.
Fransada təxminən üç min taksi sürücüsü 25 iyun 2015-ci il tarixində Uber əleyhinə çıxış etdi. Şarl de Qoll və Arli hava limanlarına, Parisin mərkəzindəki stansiyalara və şəhərin kənarındakı nəqliyyat mərkəzlərinə gedən yolları bağladılar. Etirazçılar bir neçə şəxsi taksi sürücüsünün maşınlarını aşırıb yandırdılar.
“Uber”in ilk taksi sürücüləri elə tətbiqin yaradıcıları idi. “Uber”in qurucuları layihəni tamamilə öz hesablarına inkişaf etdirməyə çalışmadılar. Əvvəldən üçüncü tərəf şirkətlərinin sərmayələrini aktiv şəkildə qəbul etdilər. Hətta Cef Bezos da “Uber”ə yatırım etdi. Beləliklə, xarici sərmayə sayəsində şirkət dünyanın, demək olar ki, bütün taksi bazarını ələ keçirə bildi.
Ancaq böyük uğurla yanaşı “Uber” böyük problemlərlə də üzləşdi. Şirkətin sürücülərinin əksəriyyəti lisenziyasız işləməklə yanaşı, digər taksi sürücülərini də işsiz qoydular. Bu səbəbdən bir sıra ölkələrdə bu xidmətin qadağan edilməsi tələbləri ilə etirazlar başladı. Şirkət tez-tez məhkəməyə verilir və müntəzəm olaraq cərimələr ödəyirdi. “Uber” təkcə son 2 ildə vəkillərə 500 milyon dollardan çox pul xərcləyib.
Şirkət 76-dan çox ölkədə fəaliyyət göstərir və imicini yüksəltmək üçün müxtəlif “tamaşalar” təşkil etməyi sevir. Misal üçün 2015-ci ildə müştərilər “Gələcəyə qayıdış” filmindəki əfsanəvi “DeLorian”da gəzə bilərdilər.
3. “IKEA” necə yarandı?
XX əsrdə əhalinin maaşları ilə müqayisədə mebel çox baha idi. İnkişaf etmiş ölkələrin sakinləri belə yeni bir divan almaq ehtiyacı ilə üzləşəndə ciddi götür-qoy etməli olurdular. Buna görə də o dövrdə insanlar ya uzun müddət pul yığırdılar, ya da özləri üçün əl altında olan materiallarından mebel düzəldirdilər. İnqvar Kamprad da yataq almaq istəyəndə də eyni problemlə üzləşdi. Pul yox idi, ona görə də ən ucuz materialları sifariş edib öz yatağını yığdı. İnqvar rəqiblərindən daha ucuz mebel yarada biləcəyini və öz şirkətini yaradacağını anladı.
İnqvar Kamprad İsveçin Elmhult şəhərində yerləşən ilk mağazasının açılışında.
Mebelləri rəqiblərinin təklif edə biləcəyindən daha ucuz satmaq üçün İnqvar yalnız onun alışından asılı olan və qiymətləri diktə edə bilməyən çox kiçik istehsalçılarla müqavilə bağladı. Sonra o, sökülmüş hissələri satın almağa və müstəqil olaraq öz anbarında yığmağa başladı. Beləliklə, mebel qiymətini daha da azaltdı. Şirkət sürətlə böyüdü. Tezliklə rəqibləri onlara qarşı dempinq edən satıcıya qarşı sərt tədbirlər görmək lazım olduğunu hiss etdilər. Kamprad artıq mebel sərgilərinə buraxılmadı.
Yerli tədarükçülərini itirdikdən sonra “IKEA”nın xarici bazarlarla əməkdaşlıq etməkdən başqa çarəsi qalmadı və bu onun dünya səviyyəsində məşhurlaşmasına kömək etdi. Şirkətin heç bir problemi olmasaydı, bugünkü miqyasa çata bilməzdi.
3 uğur hekayəsi: Nintendo, Uber, IKEA was originally published in Poctalyon on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Ruandada hökumət məhdud olmağa davam etsə, özəl sektor çiçəklənəcək.
Qeyd: Bu məqalə iqtisadiyyat üzrə fəlsəfə doktoru Angel Martin Oro və keyfiyyət analitiki Mark Bisbal Ariasın “Foundation for Economic Education”da nəşr edilən 27 iyun 2012-ci il tarixli “Rwanda’s Economic Success: How Free Markets Are Good for Poor Africans” məqaləsinin tərcüməsidir.
Dəhşətli münaqişə və qəddar zorakılıq dövründən keçən cəmiyyətlər bunları unudub, uğur qazanmışdır. Ruanda da buna bir nümunədir. Ruandadakı siyasi və sosial şərait 1994-cü ildə gerçəkləşən və ölkə əhalisinin 20%-nin öldürülməsi ilə nəticələnən dəhşətli soyqırımından sonra sabitləşib. Azad bazar islahatları ilə birlikdə, nisbətən sakit olan yeni mühitdə uzunmüddətli bir iqtisadi böyümə yaranmışdır.
Ruanda dənizə çıxışı olmayan, Afrikanın mərkəzi-şərqi bölgəsində yerləşən, 11 milyon əhaliyə sahib kiçik bir ölkədir. Ölkədə yaşayan əsas iki etnik qrup olan tutsilər (azlıq) və hutular (çoxluq) bir-birləri ilə vuruşurdular. Bu münaqişə Belçikanın Birinci Dünya müharibəsindən sonra ərazini ələ keçirməsindən uzun bir müddət əvvəl başlamışdı. Ruanda 1962-ci ildə Belçikadan öz müstəqilliyini qazanmışdı. Daimi sosial və etnik gərginlik əsasən tutsilərdən təşkil olunan 800 mindən çox insanın öldürülməsi ilə nəticələnmişdi.
Həmin il iqtisadiyyat 50% zəifləmişdi, ancaq iqtisadiyyat çox sürətli və sabit şəkildə bərpa edilmişdi. 1995-ci ildə ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) 35% böyümüşdü. Ruanda o vaxtdan bəri yüksək inkişaf dərəcələrini qoruyub saxlaya bilmişdir. Ölkənin inkişaf sürəti son on ildə bir dəfə olsun belə yavaşlamamışdır. Ruandanın iqtisadiyyatı 1994–2010-cu illərdə hər il ortalama 6,6% böyüyürdü. Bu, Afrikanın sub-səhra regionunda nümayiş olunan ortalamadan əhəmiyyətli dərəcədə daha çoxdur.
2001-ci ildə əldə edilən məlumatlara görə, Ruanda sakinləri gündəlik ortalama 50 sent qazanırdı. Bu göstərici 2012-ci ildə 1,50 ABŞ dollarına qalxıb. “Third Household Living Conditions Survey”in ölkədəki yoxsulluq və rifah ilə bağlı verdiyi göstəricilər də ruhlandırıcıdır. Ölkədəki yoxsulluq dərəcəsi son beş ildə 57%-dən 45%-ə düşmüşdür. Bu, kəskin bir dəyişiklikdir. Müqayisə etsək, 2002–2007-ci illərdəki dəyişiklik sadəcə 2% faiz idi. Həmçinin, ölkədə qeydə alınan ifrat yoxsulluq 37%-dən 24%-ə düşmüşdür. Doğum zamanı ana və körpələrin ölüm halları kimi göstəricilərdə də inkişaf gözə çarpandır.
Britaniyalı inkişaf iqtisadçısı Pol Kolyenin fikirlərinə görə, araşdırmanın nəticələri “dərin təsir oyadır”. Həmçinin, Kolye qeyd edib ki, Ruanda üç açar hədəfə çata bilib: sürətli inkişaf, yoxsulluq dərəcəsinin kəskin azalması və bərabərsizliyin nisbətən aradan qaldırılması.
Ruanda Afrikadakı bir istisna deyil. Beynəlxalq Valyuta Fondunun hesablamarına görə, Afrikanın sub-səhra regionunun iqtisadiyyatı 2012–2013-cü illərdə müvafiq olaraq, 5,4%–5,3% böyüyəcək. Təkmilləşmiş iqtisadiyyatlar növbəti bir neçə ildə 2%-dən artıq böyüməyəcək.
Bunlara əlavə olaraq, Maksim Pinkovski və Ksavye Sala-i-Martinin 2010-cu ildə yayımladığı “African Poverty Is Falling … Much Faster than You Think” adlı araşdırmada bildirilir ki, qitədəki ümumi yoxsulluq dərəcəsi ehtimal olunandan daha sürətli bir şəkildə azalır. Dünya Bankının etdiyi hesablamalar onu göstərir ki, baxmayaraq ki, bölgədə doğrudan da yüksək əhali artımı müşahidə olunur, 2005–2008-ci illərdə sub-səhra regionunda yaşayan afrikalıların ümumi sayı müasir dövrdə ilk dəfə azalmağa başlamışdır.
2012-ci ildə əldə edilən məlumatlara görə, kənd təsərrüfatı Ruanda iqtisadiyyatının 33%-ni təşkil edir.
Ruandadakı iqtisadi böyümənin səbəbi ölkə ixracatının əksəriyyətini təşkil edən və əsasən, qəhvə və çay istehsalından ibarət olan kənd təsərrüfatı sahəsində aparılan liberallaşdırma kampaniyasıdır. Bu islahatlar istehsalçılara ixracat partlayışından faydalanmağa imkan yaratdı. Beləliklə, gəlir yüksəlmiş, məhsuldarlıq isə kapital investisiyaları vasitəsilə artmışdır. Dinamik turizm və sənaye (Qeyd: məsələn, mədən və tikinti) sektorlarının da əldə edilən iqtisadi uğurda rolu olmuşdur.
Buna baxmayaraq, ölkə iqtisadiyyatı hələ də həssas və dəyişkəndir. Daha sürətli bir Ruanda uğrunda irəliləmək üçün dəyərli məhsullar istehsal etmək lazımdır, çünki məhsuldarlıq potensialı daim artır və ənənəvi sahələrdəki ixracat məhduddur.
Bu dəyişiklikliyə iqtisadi böyümənin aparıcı amili olan sahibkarlıq və yenilikçilik vasitəsilə nail olmaq olar. Ruandaya gəldikdə, ölkənin qeyri-kənd təsərrüfatı fəallığına aid olan və əsasən, şəhərətrafı əraziləri əhatə edən ev təsərrüfatı üzrə sahibkarlıq göstəricilərində diqqətəlayiq dinamika müşahidə olunub. Ölkədəki işçi qüvvəsinin yalnız 10%-nin işə götürülməsinə rəğmən, 2006-cı ildə ailələrin 30%-dən çoxu gəlir mənbəyi kimi müəssisələrə arxalanmışdır.
Bu müəssisələr az məhsuldarlıq göstəricilərinə sahib fəallığa malik olmalarına (Qeyd: məsələn, saç düzümü və digər sadə məhsulların istehsalı) baxmayaraq, yüksək savadsızlıq və yoxsulluq ilə mübarizə aparan ölkədə böyük sosial rol daşıyır. Əlavə olaraq, həmin ev təsərrüfatı müəssisələrinin verdiyi maaş kənd təsərrüfatında verilən maaşdan daha çoxdur. Bunu nəzərə alsaq, maliyyə bazarının və bank sisteminin formalaşdırılması önəmlidir, çünki bu təşəbbüslər borclara ehtiyac duyur.
Digər tərəfdən, regional ticarət inteqrasiyası Avropadan qonşu ölkələrə edilən idxalları yüngülləşdirib. Hər halda, dənizə çıxışı olmayan Ruandanın avtomobil yollarının çox keyfiyyətsiz olması və ölkədə hansısa bir dəmiryol sisteminin olmaması nəqliyyat xərclərini çoxaldır. Bu, getdikcə dəyişir. 2006-cı ildə ölkədəki avtomobil yollarının 11%-i yaxşı vəziyyətdə idi. Bu göstərici 2009-cu ildə 52%-ə qalxmışdır.
Tənzimləyici və sosial təsisat strukturu təkmilləşdirilməsəydi, ölkənin bu nisbi biznes dinamizmini əldə etmək mümkün olmayacaqdı. 2012-ci il “Doing Business” hesabatına görə, Ruanda biznesin tənzimlənməsində 45-ci yerdə idi. Ölkə sadəcə dörd il əvvəl 148-ci yerdə qərarlaşmışdır. Ruanda “Heritage Foundation” və “Wall Street Journal” tərəfindən tərtib edilən iqtisadi azadlıq indeksində Afrika ölkələri üzrə 3-cü yeri tutur. 1997-ci ildə ölkənin ümumi balı 40-dan az idi, ancaq bu, 2012-ci ildə 64,9-a qalxmışdır (Qeyd: maksimum bal 100-dür). Ruandadakı biznes və ticarət azadlığı diqqətəlayiq dərəcədə təkmilləşdirilmişdir. Ruandanın yaxşılaşdırılmış iqtisadi mühitə sahib ölkə hesab edilməsi təəccübləndirici hal deyil. Bunun səbəbi geniş liberallaşdırılma kampaniyasıdır. Dəyişiklik yaşayan ən əhəmiyyətli sahələr mülkiyyət qeydiyyatı, investorların müdafiəsi, Afrika ölkələri arasında azad ticarət və kredit almaq imkanıdır.
Qəhvə sektoru
İqtisadiyyatın liberallaşdırılmasının verdiyi faydanın ən yaxşı nümunəsi Ruandanın qəhvə sektorudur. Bir milyon yarımdan çox ailə bu sektora arxalanır.
Bu sahə sadəcə iyirmi il əvvəl ağır şəkildə tənzimlənirdi və dövlət nəzarətində idi. Bu sahə ölkənin əsas gəlir mənbəyi idi. Fermerlər öz sahələrinin ən azı dörddə birini qəhvənin becərilməsinə ayırmağa məcbur edilirdi. Dövlət idarələri bu əkin sahələrini bazar qiymətindən ucuza satın alırdı. Dövlət daha sonra qəhvələri bazarlara daha yüksək qiymətə satırdı. Fermerlər dolayı vergilərə əlavə olaraq, ixracat vergisi də ödəməli idi.
Bu ədalətsiz müdaxiləçi sistem korrupsiyaya qurşanmış hökuməti dəstəkləmiş və məmurları zəngin etmişdir. Fermerlər qanuni olaraq talanırdı. Buna baxmayaraq, sistem dayanıqsızlığına və soyqırımın dağıdıcı effektlərinə görə çökmüşdür.
Pol Kaqame hökuməti 1990-cı illərin axırlarında qəhvə sektorunu azad etmişdir. İslahatlar qanuni zəruriyyətləri ləğv etmiş və fermerlərin azad formada dünyanın hər tərəfindəki alıcılarla ticarət etmələrinə imkan yaratmışdır. Bu, təbii olaraq, kapital axınını və yenilikçiliyi stimullaşdırdı. Ruanda xalqı miqdarı yox, keyfiyyəti yüksəltməyə fokuslandı. Bununla fermer və sahibkarlar üçün biznes münasibətləri, o cümlədən ticarət imkanları yarandı, onlar daha təcrübəli olmaq üçün ruhlandılar.
Bu dəyişikliklərdən sonra qəhvə istehsalı ilə məşğul olan 50 min ailənin gəliri iki qat artdı. Tarixda ilk dəfə idi ki, ailələr öz övladlarının təhsil haqqını, səhiyyə xərclərini ödəyə, yeni paltarlar satın ala, evlərini düzəldə və kiçik bizneslərə kapital qoya bilirdi.
Karol Budro qeyd edir ki, liberallaşdırma yalnız iqtisadi imkanlar və xalqın potensialını yox, eləcə də hutular ilə tutsilər arasındakı sosial əməkdaşlıq və birliyi gücləndirmişdir.
Xarici yardım lənəti
Ruanda həkimləri bir uşağı müayinə edərkən.
Ölkədə hələ də ciddi problemlər var. Onlardan bəziləri digər aşağı gəlirli iqtisadiyyatlar üçün adi bir haldır. Bu problemlərdən ən önəmlilərinə insanların malyariya və QİÇS xəstəliklərinə yoluxması, içməli su və elektrik çatışmazlığı, o cümlədən ölkədəki işçi qüvvəsinin təqribən 70%-ni işlə təmin edən kənd təsərrüfatına güclü asılılıq aiddir.
Buna əlavə olaraq, Ruanda iqtisadiyyatı onun böyüməsinə manə olan bir neçə zəif nöqtəyə malikdir. İlk olaraq, ölkə geniş səviyyədə xarici yardıma möhtacdır. Xarici yardım dövlət büdcəsinin 40%-ni və ÜDM-un 18%–20%-ni təşkil edir. İkincisi odur ki, əsasən qəhvə və çaydan ibarət olan, zəif diversifikasiya edilmiş (şaxələndirilmiş) iqtisadiyyat Ruandanı müəyyən sarsıntılar önündə daha aciz edir. Üçüncü olaraq, digər problemlərin simptomları olan xronik büdcə və ticarət defisitləri yüksək daxili və xarici borclara gətirib çıxarmışdır.
Bu problemlər bir-birlərindən müstəqil görünsələr də, həqiqət odur ki, bu məsələlərin hamısı daim qarşılıqlı əlaqədədir. Məsələn, borc probleminin gündən-günə artan inkişaf yardımına görə yaranması ehtimal olunur. Ruandanın ümumi borcunun dörddə üçünü Dünya Bankından alması faktı bu mövzunu çox yaxşı təsvir edir. Böyük inkişaf iqtisadçısı Piter Tomas Bauerin dediklərini təsdiqləyən afrikalı iqtisadçılar Dambisa Moyo və Corc Ayitteyin iddia etdiyi və prezident Kaqamenin düşündüyünə əsasən, xarici yardım proqramları kömək etmək istədikləri ölkələrə və icmalara xeyirdən çox ziyan verir. Bir tərəfdən, ehtiyatlar, adətən, qeyri-məhsuldar və hətta dağıdıcı üsulla xərclənir. Bu da yolagəlməz sosial nəticələrə səbəb olur. Digər tərəfdən, ayrılan məbləğ kasıblara çatsa belə, bu, fəlakətli asılılığa təkan verir. Bunu inkişaf etmiş ölkələrdəki rifah dövləti ayırmalarının nəticələrinə oxşada bilərik. Yoxsul ölkələrə məhsuldar investisiya və sahibkarlıq lazımdır, sədəqə yox.
Hər halda, heç bir ölkə bir gecədə inkişaf etməyib. Əslində, iqtisadi böyümə sabit inkişafdan ibarət uzunmüddətli bir prosesdir. Bu proses böyük ölçüdə səbir, eləcə də xalqın təbii fəlakət və siyasi qeyri-sabitlik kimi çoxsaylı maneələri üstələmək bacarığına ehtiyac duyur.
2020 Ruanda xəyalı
Ruandanın 4-cü prezidenti Pol Kaqame. 2000-ci ildən bəri vəzifədədir.
Ruanda hökuməti bir müddət əvvəl “2020 Ruanda xəyalı” (Rwanda Vision 2020) adlı bir təşəbbüsə start verib. Bu təşəbbüsün diqqət mərkəzində indiki kənd təsərrüfatı iqtisadiyyatını daha möhkəm və şaxələndirilmiş bir iqtisadiyyata çevirmək, o cümlədən xarici yardımlardan asılılığı aradan qaldırmaq kimi uzunmüddətli inkişaf hədəfləri var. Hökumət başa düşür ki, yoxsulluğun çarəsi azad bazardır, dövlət fəallığı deyil.
Beləliklə, “2020 Ruanda xəyalı”nın xülasəsində qeyd edildiyi kimi, dövlət məhsulların və xidmətlərin təminatına müdaxilə etməyəcək. Özəl sektor bunları daha səmərəli və rəqabətli şəkildə edə bilər. Aktivlər məhsul və xidmətlərin qiymətlərinin azalması, müştərilərə edilən təklifin genişləndirilməsi və xarici investorları cəlb olunmasına dəstək məqsədilə özəlləşdiriləcək. Həmçinin, əhalinin və məhsulların azad hərəkəti də təbliğ ediləcək.
Ruandanın üzləşdiyi problemlərə baxmayaraq, bazarameylli iqtisadi siyasət indidən öz bəhrəsini verir.
Ruanda ölkənin uğurunun uzun müddət davam etməsinə nail olması üçün iqtisadi azadlığı artırmalı və məhsuldar fəallığın önündəki səddləri dağıtmalıdır. Üstəlik, Qərb ölkələri də afrikalı istehsalçılara ziyan vuran ticarət maneələrini aradan qaldırmalıdır.
Ruandada dövlət kiçik olmağa davam etsə, özəl sektor çiçəklənəcək və Ruanda xalqı qlobal bazardan daha da çox faydalanacaq.
Ruandanın iqtisadi uğuru: Azad bazar yoxsul afrikalılar üçün niyə yaxşıdır? was originally published in Poctalyon on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
“Limonata”
Əli Atay rejissorluq təcrübəsinə 2015-ci ildə “Limonata” filmi ilə başlamışdır. O, filmin ssenarisini Ertan Saban ilə birlikdə yazmışdır. Filmdə Serkan Keskin, Ertan Saban kimi peşəkar aktyorlar oynayır.
Makedoniyada yaşayan, köhnə tır şoferi və ölüm ayağında olan Suatın ölməzdən əvvəl son arzusu illər öncə İstanbulda tanış olduğu qadınla münasibətdən doğulan oğlu Səlimi görməkdir. Onu tapmağı isə böyük oğlu Sakıpa tapşırır. Sakıp varlığını ilk dəfə eşitdiyi qardaşı Səlimi tapmaq üçün Makedoniyadan İstanbula yola düşür. Sakıp çətinliklə də olsa, Səlimi tapır, lakin Səlimin atası olduğunu qəbul etməyə niyyəti yoxdur. Sakıp nə qədər çalışsa da, qardaşını yola gətirə bilmir və atasının artıq sayılı dəqiqələri qaldığı üçün Səlimi qaçırır, iki qardaş Makedoniyaya doğru yola düşür. Sonda Səlim atasını görə bilmir, çünki o çatdığı zaman atası artıq ölmüşdür.
Hekayəsindən də gördüyümüz kimi, “Limonata” bir yol filmidir. Ancaq burada bir çox bənzəri filmlərdə olduğu kimi təkcə maşınla səyahət deyil, iki qardaşın bir-birini tanıdığı bir macəradan söhbət gedir. Hətta onu bütün yol filmlərindən fərqləndirən ən başlıca və dominant cəhəti Balkanlar mövzusudur. Film Makedoniyada və İstanbulda çəkilmişdir. İstanbulda çəkilən hissələr çox uğurludur, şəhərlər və ya səmtlərlə bağlı zarafatlar yerli-yerində istifadə olunmuşdur. Hər bir türk filmi kimi burada da jarqondan istifadə var, ancaq narahat edici səviyyədə deyil, hətta tam yerində istifadə olunub.
Burada 2 əsas obraz var: Səlim və Sakıp. Səlimin aqressiv, kobud və söyüşcül olmasının əksinə, Sakıpın olduqca həlim, sakit olması filmin yumoru cəhətdən çox yaxşı düşünülmüş incə məqamlardan biridir.
Diqqəti cəlb edən detallardan biri də seçilən rəng tonlarıdır, bu tonlar filmdə dinamik bir hava yaradır. Xüsusilə səyahət əsnasında istifadə olunan sarımtraq rəng tonları, fondakı musiqi ilə əla harmoniya yaradır və filmə səmimiyyət qatır.
Film Əli Atayın atasına və Ertan Sabanın gənc yaşda xərçəng xəstəliyindən itirdiyi həyat yoldaşına ithaf olunmuşdur. Ertan Sabanla bağlı bu faktı da xüsusilə vurğulamaq istəyirəm, çünki filmə baxdığım zaman çox diqqətimi cəlb etmişdi, düşünürdüm ki, görəsən evli olmayan obraz bütün film boyu niyə rolunu evlilik üzüyü oynayır? Cavabı isə çox təsirlidir. Ertan həyat yoldaşını itirdikdən sonra heç vaxt üzüyü çıxarmamışdır və o gündən bəri iştirak etdiyi bütün filmlərdə də həmişə üzüklə rol almışdır (subay obrazı canlandırsa belə).
Əvvəldən də qeyd etdiyim kimi, bu sadəcə yol əhvalatı deyil, eyni zamanda Balkan filmidir. Makedoniya hissəsində çəkilən səhnələrdə rəngarəng roman toyuna şahid oluruq. Balkanlarda olan səhnələrdə orada yaşayan türklərin hələ də öz köklərindən qopmaması, Türkiyədə baş verən xoş hadisələrə sevinib, pis günlərinə üzülmələri (Səlimin İstanbul avtobusunu gözləyərkən Nihal ilə olan söhbəti), Səlimlə türk pasportu daşıdığına görə fəxr etmələri (Fuatın çayxanada danışdığı səhnə) Balkan türklərinin öz soydaşlarına olan bağlılığına işarədir.
Fikrimcə, filmdə ən təsirli nöqtə divarda “Blood is not Lemonade” qrafitisinin verdiyi mesajdır. Bəs bu nə deməkdir? Bildiyimiz kimi biz türklər dünyanın hansı bölgəsində yaşasaq da, daima etnik təmizləmələrə, soyqırımlara məruz qalmışıq və qalırıq. Bu yazı da Balkan türklərinin başına gətirilən dəhşətlərin, onların kədərli günlərinin acı ifadəsidir.
Limonad haqda düşündüyümüz zaman içimizə bir sərinlik gəlir, elə film də insana o cür təsir edir. Sərinlədir, güldürür, bəzən hüznləndirir.
Əhvalat yolda başlayır və məzarlıqda bitir, yəni həyat bir yoldursa, sonu məzardır.
Əli Atay və rejissorluq karyerası was originally published in Poctalyon on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Qeyd: Bu hekayə Endi Veyer (Andy Weir) tərəfindən 2009-cu ildə yazılmış “The Egg” adlı qısa hekayənin tərcüməsidir.
Öləndə yolda evinə gedirdin.
Avtomobil qəzası idi. Xüsusi qeyd olunacaq bir şey yoxdur, sadəcə ölümcül idi. Geridə yoldaşını və iki övladını qoydun. Ağrısız ölüm idi. Həkimlər sənin üçün əllərindən gələni etdilər, amma alınmadı. Bədənin çox parçalanmışdı, inan mənə, ölməyin daha yaxşı oldu.
Və beləliklə mənimlə tanış oldun.
— Nə… nə oldu? — deyə soruşdun, — Haradayam mən?
— Öldün, — dedim. Söhbəti uzatmağın mənası yoxdur.
— Orada bir… yük maşını vardı, sürüşürdü…
— Aha, — dedim.
— Mən… mən öldüm?
— Aha, amma məyus olma hamı ölür, — dedim.
Ətrafına baxdın. Heç bir şey yox idi. Sadəcə sən və mən.
— Haradır bura? — deyə soruşdun, — Axirətdir?
— Təqribən. — dedim.
— Sən Tanrısan? — deyə sual verdin.
— Aha, mən Tanrıyam.
— Uşaqlarım…yoldaşım, — dedin.
— Nə olub onlara?
— Yaxşı olacaqlar?
— Bunu eşitmək istəyirdim səndən, — dedim, — bir az əvvəl ölmüsən və ailən üçün narahat olursan, bu, yaxşı bir şeydir.
Mənə heyrətlənmiş kimi baxdın. Sənə Tanrı kimi görünmürdüm. Bir adam kimi görünürdüm və ya bir qadın. Dəqiq olmayan bir nüfuz sahibinə, yaradandan daha çox ədəbiyyat müəlliminə bənzədirdin.
“Darıxma, — dedim, — yaxşı olacaqlar. Uşaqların səni hər xüsusiyyətinlə mükəmməl biri kimi xatırlayacaqlar. Sənə nifrət edəcək vaxtları olmadı. Yoldaşın zahirən ağlar kimi görünəcək, amma daxilən rahat olacaq. Dürüst olaraq deməliyəm ki, evliliyin dağılırdı. Özünü yaxşı hiss edəcəksənsə, deyə bilərəm ki, rahatladığı üçün özünü günahkar hiss edəcək.”
— Hə, — dedin, — Bəs indi nə olur? Cənnətə, cəhənnəmə, bir yerə gedirəm?
— Heç biri, — dedim, — Reankarnasiya olacaqsan.
— Hə, — dedin, — deməli, Hindular düz imiş.
— Bütün dinlər bir formada düz idilər, — dedim, — Gəl mənimlə.
Boşluqda gəzə-gəzə məni izlədin.
— Hara gedirik?
— Xüsusi bir yerə getmirik, — dedim, — sadəcə gəzə-gəzə danışmaq xoşdur.
— Bəs onda bütün bunların məqsədi nə idi? — deyə sual verdin, — Yenidən doğulduğum zaman boş bir lövhə olacağam? Körpə kimi. Beləliklə, bütün təcrübələrimin, bu həyatda etdiklərimin heç bir mənası və təsiri olmayacaq.
— Heç də elə deyil! İçində bütün keçmiş həyatlarının bilik və təcrübələrini daşıyırsan. Sadəcə indi onları xatırlamırsan.
Dayandım və səni çiyinlərindən tutdum.
— Ruhun təsəvvür etdiyindən daha gözəl və daha böyükdür. Zehnimiz insan varlığının yalnız kiçik bir hissəsini ehtiva edə bilər. Bu, suyun isti olub-olmadığını bilmək üçün barmağını stəkana batırmaq kimi bir şeydir. Sən özünün çox kiçik bir hissəni böyük bir dəryaya qoyursan və götürəndə bütün təcrübələrinlə birlikdə götürürsən.
Son 48 ildə bir insanın bədənində idin, buna görə də dayanıb ucsuz-bucaqsız şüuraltını araşdırmağa şansın olmayıb. Burada lazımınca qalsaq, hər şeyi xatırlamağa başlayacaqsan. Amma hər ruh dəyişəndə bunu etmək mənasızdır.
— Bəs onda mən neçə dəfə reankarnasiya olmuşam?
— Çox. Lap çox və hər dəfəsində müxtəlif bir həyatda, — dedim, — Bu dəfə isə 540-ci ildə Çində kəndli bir qız olacaqsan.
— Necə necə? — deyib kəkələdin, — Məni zamanda geriyə göndərirsən?
— Texniki olaraq hə, zaman sənin bildiyin formada yalnız sənin kainatında mövcuddur. Mənim gəldiyim yerdə vəziyyət bir az başqadır.
— Sənin gəldiyin yerdə?
— Aha, — dedim və davam etdim, — Mən də bir yerdən gəlirəm və orada mənim kimi başqaları da var. Bilirəm ki, oranın necə olduğunu bilmək istəyəcəksən, amma, açığı, desəm də, anlaya bilməyəcəksən.
— Hmm… — dedin biraz məyus olaraq, — Əgər zamanda geriyə gedirəmsə, bir nöqtədə özümlə də qarşılaşa bilərəm.
— Təbii ki, hər zaman olur. Amma hər iki həyatında da sadəcə o həyatını xatırladığın üçün fikir vermirsən.
— Onda bütün bunların nə mənası var?
— Ciddisən? — deyə sual verdim, — Ciddi olaraq məndən həyatın mənasını soruşursan? Səncə, bu, bir az çeynənilmiş sual deyil?
— Məncə, çox ağlabatan sualdır, — deyə dirəndin.
Gözlərinin içinə baxdım: “Bütün bu kainatı yaratmağımın tək məqsədi sənin yetişməyindi.”
— İnsanları demək istəyirsən? İnsanların daha yetişmiş olmağını istəyirsən?
— Yox, bütün bu kainati sadəcə sən böyü, yetiş və dahiləş deyə yaratdım.
— Sadəcə mən? Bəs bütün digər insanlar?
— Səndən başqa heç kim yoxdur, — dedim, — bu kainatda sadəcə sən və mən varıq.
Mənə boş bir ifadəylə baxdın: “Bəs dünyadaki o qədər insan…”
— Hamısı sən və sənin müxtəlif reankarnasiyalarındır.
— Gözlə, mən hamıyam!
Kürəyinə bir təbrik silləsi vuraraq dedim: “İndi hər şey yerinə oturdu.”
— Mən dünyada yaşamış bütün insanlaram?
— Bəli və bundan sonra yaşayacaqlar.
— Mən Abraham Linkolnam?
— Con Vilkes də həmçinin. — əlavə etdim.
— Mən Hitlerəm? — dedin dəhşətlə.
— Və öldürdüyü milyonlarsan.
— Mən İsayam?
— Və onu izləyən hər kəs.
Bir anlıq susdun.
— Nə vaxtsa birinə pislik etsən, özünə etmiş olurdun. Yaşadığın və yaşatdığın bütün xoşbəxt anları da özün üçün yaşayırdın. İstənilən insan tərəfindən yaşanmış bütün pis və yaxşı xatirələr sənin təcrübələrindir.
Fikrə getdin.
— Niyə? — dedin, — Bunları niyə edirsən?
— Çünki bir gün sən də mənim kimi olacaqsan, bu sənsən, sən də mənim kimisən. Sən mənim övladımsan.
— Nə?! — dedin inanmayaraq, — Mən tanrıyam?
— Xeyr, hələ yox. Sən rüşeymsən, hələ yetişirsən. Bütün zamanlarda bütün insanların həyatını yaşadıqdan sonra doğulacaq qədər böyümüş olacaqsan.
— Deməli bütün kainat, — dedin, — sadəcə…
— Bir yumurtadı, — dedim, — indi isə növbəti həyatına başlamaq vaxtıdır.
Bununla da səni öz yoluna göndərdim.
Yumurta was originally published in Poctalyon on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.
Nə qədər paradoksal səslənsə də, vyetnamlılar amerikalılardan yox, çinli yoldaşlarından qorxurdu…
May Günündə üzərində “İşğalçılar Vyetnamdan çəkilsin!” yazılan elan lövhəsi. Moskva, 1968-ci il
Qeyd: Bu məqalə Kardiff Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Sergey Radçenkonun “The New York Times”da nəşr edilən 27 mart 2018-ci il tarixli “Why Were the Russians in Vietnam?” məqaləsinin tərcüməsidir.
Biz ABŞ-ın Vyetnamdan ayrılmasının niyə uzun çəkdiyini çox yaxşı bilirik. Oranı tərk etmək ümumdünya kommunist təhlükəsinə qarşı zəiflik göstərmək demək idi. Bu, ölkədaxili iğtişaşlara səbəb olmuş və Amerikanın öz mütəffiqləri arasında etibarlığını itirməsinə gətirib çıxarmışdı.
Yaxşı, Amerikanın iştirakını çox gözəl başa düşürük, ancaq bunu ABŞ-ın ən böyük rəqibi olan Sovet İttifaqına şamil edə bilmərik. Bəs ruslar sovet-amerikan əlaqələrini daha da gərginləşdirərək və potensial bir qlobal qarşıdurmanı riskə alaraq uzaq cəngəllik diyarındakı müharibəni dəstəkləməklə, şimali vyetnamlılara məsləhətçilər, hərbi texnikalar və pul göndərməklə nə qazandılar?
Məsələ Vyetnamın geosiyasi əhəmiyyəti idi? Bəlkə Moskva sadəcə inqilabçı ideologiyanı yaymaqla çox maraqlanırdı? Biz adətən qarşı tərəfə özümüzdən daha çox ehtiyatlılığı və niyyəti aid edirik. Əslində, amerikalıların və sovetlərin Vyetnamdakı iştirakı arasında diqqətəlayiq paralellər mövcuddur. Birləşmiş Ştatlarda olduğu kimi, Moskva da bir müttəfiq və fövqəldövlət olaraq etibarlılığına, o cümlədən bu cür etibarlılığın təmin etdiyi ölkədaxili və beynəlxalq legitimliyinə görə narahat idi.
1950-ci illərdə SSRİ-nin üçüncü dünya ölkələrinə göstərdiyi təsirin əsasını qoymuş Nikita Xruşşov şimali vyetnamlılara az maraq göstərirdi. O, Şimali Vyetnama şübhə ilə yanaşırdı, çünki Hanoy yaranan Çin-Sovet parçalanması zamanı aydın şəkildə Çin tərəfinə yönəlirdi.
Şimali Vyetnamın Çinə tərəf durması taktiki bir hərəkət idi, çünki bundan yaxşı seçimlər yox idi. Xruşşov özü bu yönəlməni Şimali Vyetnama yardım göndərməkdən imtina edərək daha da sürətləndirmişdi. Buna baxmayaraq, o, bu yönəlmənin məsuliyyətini Vyetnamın partiya rəhbərliyindəki “fırıldaq çinli metislər”in boynuna atmışdı. Xruşşova görə, Vyetnam məsələsi sadəcə Çin ilə aparılan daha böyük mübarizənin bir aspekti idi.
Hər şey 1964-cü ilin oktyabr ayında Xruşşovun öz kolleqaları tərəfindən devrilməsi ilə dəyişdi. Onun davamçıları olan Leonid Brejnev və Aleksey Kosıgin hərbi dəstək göndərərək köməyə ehtiyacı olan bir müttəfiqə doğrudan da sədaqətli olduqlarını sübut etmək istəyirdilər. Bunun əsas səbəbi yeni sovet rəhbərliyinin siyasi legitimlik defisiti ilə üzləşməsi idi. “İmperializm” ilə mübarizə aparan Vyetnama yardım etmək öz xalqları, peyk dövlətləri, müttəfiqləri və bütün dünya tərəfindən sosialist düşərgəsi öndərliyinin qanuni varisi olaraq tanınmaqlarına gətirib çıxaracaqdı. Moskva naməlum səbəblərə görə Çin ilə olan münasibətlərini də yaxşılaşdırmağa çalışmışdı.
Mao Tszedun bu diplomatik cəhdlərə müsbət cavab verməyə meylli deyildi. Bu, Kosıginin 1965-ci ilin fevral ayındakı Pekin ziyarətində dəqiqləşmişdi. SSRİ hökumət başçısı Kosıgin Hanoyun müharibə səyi üçün “birgə hərəkət” etməyin zəruri olduğundan bəhs edirdi. Mao onun xahişinə qərəzli sarkazm ilə cavab verir və Kosıginə Çin-Sovet mübarizəsinin 10 min il davam edəcəyini deyir.
“ABŞ və SSRİ indilərdə dünyanın taleyini yazır. Yaxşı, get və yaz. Nə olsun ki? Müəyyən qədər insanın ölməsi gerçəyində dəhşətli olan şey nədir?”
Moskvanın Çin ilə olan münasibətləri gün keçdikcə daha da pisləşirdi, Hanoy isə Çinəmeylli mövqedən bitərəfliyə doğru irəliləyirdi, çünki özlərini amerikan bombardmanından qorumağa çalışan şimali vyetnamlılara sovet silahları, xüsusilə də təkmilləşdirilmiş təyyarəvuranlar lazım idi. Çin mədəni inqilabı da buna kömək olmuşdu. Pekinin Şimali Vyetnamda yaşayan əhəmiyyətli Çin icmasını radikallaşdırma cəhdləri Vyetnamın partiya rəhbərlərini hiddətləndirirdi. Vyetnam Kommunist Partiyası Politbürosu üzvü Nquyen Van Vin 1967-ci ildə Amerikanın Vyetnam müharibəsindəki iştirakının pik nöqtəsinə çatdığı dövrdə demişdi:
“Nə qədər paradoksal səslənsə də, vyetnamlılar amerikalılardan yox, çinli yoldaşlarından qorxur.”
Aleksey Kosıgin və Leonid Brejnev.
Pekin ilə Hanoy arasındakı gərginlik 1971-ci ildə Henri Kissincerin Çinə məxfi ziyarətindən və Niksonun Çinə qaçılmaz ziyarətinin anons edilməsindən sonra daha aydın görünməyə başlandı. Çin şimali vyetnamlılar ilə məsləhətləşməmişdi. Onlar xəyanətə uğramışdılar, ancaq daha böyük bir problem var idi. Çinlilər və vyetnamlılar öz nisbi əhəmiyyətləri haqqında fərqli fikirlərə sahib idilər. Çin rəhbərliyi Şimali Vyetnamın onların tabeçiliyində olduğunu düşünürdülər. Onlara kömək etdilər. Onlara dərs keçdilər. Çin bunun əvəzində onlardan hörmət gözləyirdi. Vyetnamlılar buna razı olmadılar. Onlar illərlə Birləşmiş Ştatlarla vuruşduqdan sonra Cənub-şərqi Asiyadakı inqilabi rəhbərliyə iddia irəli sürdülər.
General Vo Nquyen Zyap 1971-ci ilin dekabr ayında, şimali vyetnamlılar cənuba son zərbəni endirəcək yaz hücumuna hazırlaşdığı dövrdə Moskvaya belə bir mesaj göndərir:
“Biz bu tapşırığımızı Sovet İttifaqı ilə birgə davam etdirmək istəyirik, çünki heç kəs Sovet İttifaqı olmadan bunu edə bilməz.”
Sovet rəhbərliyi bu mesajı xoşməramlı şəkildə qəbul edir. Zyap söz vermişdi ki, SSRİ-yə o vaxtlar hələ də ABŞ nəzarətində olan Kamran körfəzi üçün nəqliyyat hüquqları veriləcək.
Hanoyun döyüşkən davranışı dəstəkləmək təhlükəli idi. 1972-ci ilin mart ayında qızğın döyüşlər başlamışdı. Bu isə münaqişənin ABŞ-SSRİ qarşıdurmasına çevrilməsinə səbəb ola bilərdi. Amerikalılar Hanoyun yaz hücumuna cavab olaraq, böyük bombalama kampaniyasına start vermişdi. Sovet rəhbərliyindəki bəzi şəxslər, o cümlədən Kosıgin qarşıdan gələn Moskva sammitinin ləğv edilməsini təklif edir. Brejnev bu təklifə sərt şəkildə qarşı çıxmışdı.
Brejnev ABŞ ilə SSRİ arasındakı gərginliyin soyudulmasını şəxsi uğur olaraq görürdü və bunu Vyetnamı xilas etmək üçün qurban verməyəcəkdi. O, eyni zamanda, Birləşmiş Ştatlar ilə olan münasibəti yaxşılaşdırmaq üçün Vyetnama təzyiq göstərməyəcəkdi. Kissincer və Nikson bu anlayışı “əlaqələndirmə” (linkage) adlandırırdı. Amerikan cütlüyünün qavramadığı şey o idi ki, Vyetnam Brejnevin qlobal rəhbərlik arzusunun reallaşması üçün önəmli bir element idi. Hanoya edilən sovet yardımı SSRİ-nin gerçək bir fövqəldövlət və Amerika ilə bərabər gücdə olduğunu sübut etmək üçün idi.
Nikson daha sonra qeyd edir ki, 1972-ci ilin mayında keçirilən Moskva sammiti zamanı gülən və əylənən Brejnev durduq yerə qışqırmağa başlayır və Amerikanı Vyetnamda faciəvi müharibə cinayətləri törətməklə ittiham edir. Brejnev bunu kolleqaları və şimali vyetnamlıların önündə öz etibarlılığını qorumaq üçün etməmişdi. Brejnev daha sonra baş katib Le Zuan və baş nazir Fam Van Donqa deyir:
“Mən özümün və ya yoldaşlarımın nə vaxtsa kiminləsə Niksonla Vyetnam haqqında danışdığımız qədər kəskin və sərt danışdığımızı xatırlamıram.”
O dövrdə Çin-Vyetnam münasibətlərinin ən pis vəziyyəti nümayiş olunmuşdu. ABŞ 1973-cü ilin yayında Vyetnamdan tam şəkildə çəkilməyə hazırlaşırdı. Le Zuan artıq Çinə görə narahatlılıq hiss edirdi. O, Brejnevə deyir ki, — “Mao uyğun bir vaxtda bütün Hind-Çin yarımadasına və Cənub-şərqi Asiyaya hücum etməyi planlaşdırır”. Brejnev yenə də Vyetnamı müdafiə edəcəyinə söz verir.
Müharibən sonra həyata keçirilən yenidənqurma işlərinin xərcləri nəhəng idi. Le Zuan və Fam Van Donq Hanoyun ümidlərini Brejnevə səmimi şəkildə bildirirdi. SSRİ Vyetnamın sənayeləşdirilməsinə kömək etmək və beləliklə, Cənub-şərqi Asiyaya sosialist oriyentasiyanın praktiki faydalarını göstərmək üçün böyük bir yardım proqramına start verməli idi. Le Zuan Brejnevə “bizim heç nəyimiz yoxdur” deyir. Növbəti 10–15 il ərzində hər şey sovet blokundan gəlməli idi.
Brejnev Hanoyun bütün borclarını ləğv etməyə razı olur. Ölkəyə kreditlər göndərilirdi. 1990-cı ilə qədər Vyetnama 11 milyard dollar dəyərində yardım göndərilmişdi. Vyetnam bunların əksəriyyətini heç vaxt geri ödəməyib. Vyetnamı subsidiyalaşdırma 1980-ci illərin sovet iqtisadiyyatı üçün böyük bir yükə çevrilmişdi. Bu, Moskvanın bankrot olmasında böyük bir rol oynamışdır.
Vyetnam müharibəsi SSRİ-Vyetnam ittifaqının qələbəsi ilə nəticələnmişdi. Buna baxmayaraq, Moskva Pirr qələbəsi əldə etmişdi. Peyk dövlətləri maliyyələşdirmək ölkələrin fövqəldövlət kimi etibarlı olması və liderlərin siyasi legitimliyə sahib olması üçün önəmli bir şey idi, ancaq bu, dövlət büdcəsi üçün zərərli idi. Rusiyanın son dövrdəki siyasəti, xüsusilə də Suriyadakı əməliyyatları Soyuq müharibə dövründən qalma legitimlik macərasını xatırladır. Bu yeni macəranın uzunmüddətli nəticələri eyni dərəcədə dəhşətli olacaq.
Ruslar Vyetnamda nə gəzirdi? was originally published in Poctalyon on Medium, where people are continuing the conversation by highlighting and responding to this story.