Packing & Unpacking(Python)
Bu dəfəki məqaləmizdə Packing və Unpacking mövzusuna toxunacam.Packing və Unpacking nədir?Packing və Unpacking Pythonda obyekt topluları üzərində apara biləcəyimiz əməliyyatlardır.Packing vasitəsi ilə biz bir neçə dəyişəndəki qiyməti bir obyekt toplusuna birləşdirə bilərik,Unpacking vasitəsi ilə də biz bu əməliyyatın əksini yerini yetirə bilərik yəni bir obyekt toplusundakı qiymətləri müxtəlif dəyişənlərə mənimsədə bilərik.Bir neçə nümunə verərək Packing və Unpacking necə işlədiyinə baxaq,əvvəlcə Unpacking nümunəsi üzərindən irəliləyək.Tutaq ki, belə bir listimiz var my_list=[1,2,3,4,5] və istəyirəm ki bu list içərisindəki elementləri ayrı-ayrı dəyişənlərə yazım.Məsələn a,b,c,d,e dəyişənlərimin hər birinə bu listdəki elementləri mənimsədim.Bizim əgər Unpacking`dən xəbərimiz olmasaydı aşağıdakı kimi bir yazı şəkli ilə bunu reallaşdıracaqdıq.
Nümunələrdən də göründüyü kimi bizim bu formada yazmağımız bizə hər hansı bir xəta yaratmır.Sadəcə olaraq kodda təkrara yol verilib və əgər bizim daha çox dəyişənimiz olsaydı,listimizdə daha çox element olsaydı kodun yazılması səliqəsiz bir hal ala bilərdi.Bunun qarşısını almaq üçün biz Unpacking istifadə edə bilərik və aşağıdakı nümunədə göstərildiyi kimi bir kod yazısı ortaya çıxmış olar.
Burada diqqət etməli olduğumuz məqamlardan birisi Unpacking istifadə edərkən dəyişənlərin sayının list içərisindəki elementlərin sayı ilə bərabər olmasıdır.Əks halda element və dəyişənlərin sayı eyni olmazsa xəta alacağıq.Bu yazılış forması ilə bizim listdəki bütün elementlər ardıcıllığı ilə dəyişənlərə mənimsədildi.Yalnız bir məqam var ki, Unpacking vasitəsi ilə listdəki qiymətləri hər hansı bir funksiyaya arqument kimi vermək istəyiriksə print(my_list) yazsaq a,b,c,d,e=my_list`dəki kimi bizim üçün unpack etməyəcək.Bunun üçün biz my_list`i unpack etmək üçün Pythonda print(*my_list) kimi yaza bilərik.
Yəni biz funksiyaya arqument kimi obyekt toplusunu verəndə onu unpack etmək istəyiriksə asteriks(*) işarəsindən istifadə etməliyik.Bu formada yazılışa Pythonda started expression yəni ulduzlu ifadə deyilir.
Get Orxan Mustafayev’s stories in your inbox
Join Medium for free to get updates from this writer.
Biz indiyə qədər Unpacking`dən danışdıq gəlin indi isə Packing`in necə işlədiyinə birlikdə baxaq.Packing vasitəsilə biz bir neçə qiyməti obyekt toplusuna yaza bilərik.Bunun üçün etdiyimiz proses unpacking prosesinə çox oxşayır.Aşağıda qeyd etdiyimiz nümunədən bunu görə bilərik.
Nümunədən də göründüyün kimi print(new_list) əmri bizə nəticə olaraq pack olunmuş vəziyyətdə tuple qaytardı.Ancaq ola bilərdi ki biz new_list`i bir başa olaraq 3-cü sətrdə yazmaq istəyək və b/c/d dəyişən dəyərlərini ona mənimsədək.Bunun üçün nümunədəki yanaşmanı edəcəyik.
Yuxarıdakı nümunədə göründüyü kimi biz a dəyişəni üçün 1 dəyərini , e dəyişəni üçün 5 dəyərini yazdırdıq və yerdə qalan 2,3,4 dəyərlərini isə new_list`ə pack etdik.
Mənbələr
pythonpedia.com/en/tutorial/4282/list-destructuring--aka-packing-and-unpacking-
tutorialspoint.dev/language/python/packing-and-unpacking-arguments-in-python








