Recursive functions in Python
Bu məqaləmdə Python`da rekursiyalara toxunacaq və onlar haqqında nümunələr göstərərək irəliləyəcəm.Əvvəla funksiyalar haqqında bir qədər danışaq.Belə ki,funksiyalar təkrarlıq quruluşlarına görə iki əsas şəkildə nəzərdən keçirilə bilər. Müvafiq olaraq, bir funksiya özünün bir hissəsini yenidən funksiya daxilində çağırırsa və təkrar edirsə bu funksiyalar recursive funksiyalar, digər halda isə funksiyanın özünü təkrarlamaması iterative funksiya adlanır.Nəzəri olaraq bütün iterative funksiyalar recursive funksiya şəklində yazıla bilər.Bu teorem üzərindən nümunəyə baxa bilərik.Sadə nümunə olaraq bir listimiz və içərisində elementlər olsun,daha sonra list daxilindəki elementləri iterative və recursive üsulla toplama əməliyyatını yerinə yetirək.
Bu nümunədə biz for loop istifadə edərək iterative funksiyamızı yazdıq və toplam olaraq nəticəmiz bizə list daxilindəki elementlərin cəmini(output 15) vermiş oldu.
İndi isə eyni nümunə üzərindən irəliləyərək yuxarıda qeyd etdiyimiz teoremi reallaşdıraq.
Və nəticə olaraq(output 15) heçnə dəyişmədi.Gəlin proseduru bir qədər incələyək və recursive funksiyanın necə işlədiyinə nəzər yetirək.
Bu funksiya işə düşərkən ilk olaraq şərt blokları yoxlanıldı , len(list) ilə listdəki element sayının müqayisəsini apardıq və listdəki element sayı 5-ə bərabər olduğuna görə else blokuna girdi.Ardınca ilk addımda return list[0] hesabına listdən ilk elementi alırıq və əlavə olaraq topla(list[1:]) funksiyasını yenidən icra edirik.Bu təkrarlanma listdəki element sayı bitənə qədər davam edir.Ümumən recursive funksiyalar yazarkən sonsuz çağırılmaların qarşısını almaq üçün mütləq şəkildə dayanma şərtini ciddi nəzərə almaq lazımdır.Əks halda sonsuz dövr yaranacaq və programın işləməsi mümkünsüz hala gələcək.
Nümunədə göründüyü kimi bizim funksiyada müəyyən bir şərtimiz olduğu üçün və bu şərt ödənildiyinə görə sonlu recursive funksiya yaranmış oldu.Həmin bu şərtə ( len(list[0]==0: return 0) ) biz base case deyirik yəni əsas şərt.Bu şərtin doğruluğu halında funksiya rekursiyadan azad olur və bizə hesablamanın nəticəsini verir.Başqa bir nümunədən baxaq.
Get Orxan Mustafayev’s stories in your inbox
Join Medium for free to get updates from this writer.
Ədədin faktorial hesablaması zamanı bizim funksiyamızın base case 0!=1 bərabər olmalıdır.
Bizim funksiya daxilinə parametr olaraq ötürdüyümüz 5 dəyəri Pythonda funksiyanın rekursiv həddi olaraq götürülür.Biz əgər funksiya parametri olaraq 5 deyil də daha yüksək bir dəyər ötürərsək o zaman xəta alacağıq.
Bu cür bir xəta ilə qarşılaşmağımızın səbəbi mənim funksiyamın Pythonda özünü icazə veriləndən çox çağırmasıdır.Pythonda rekursiyanın həddi var yəni Python icazə vermir ki bir funksiya özünü 1000 dəfədən artıq çağırsın.Lakin bunun qarşısını almaq və limitdə dəyişiklik etmək üçün Pythonda import sys adlanan modul var.Bu modulu import etdikdən sonra sys.setrecursionlimit() funksiyası ilə limitə müdaxilə edə bilərik.
Mənbələr
realpython.com/python-thinking-recursively
www.baskent.edu.tr/~tkaracay/etudio/ders/prg/c/recursive.pdf








