“Ölüm Zolağı”nda qraffiti
theguardian. “Sən yalnız bircə günlük qəhrəman ola bilərsən”
Ölüm zolağında qraffiti — Berlin Divarında ilk qraffitilərin müəllifi öz heakəyisini danışır.
Get turan’s stories in your inbox
Join Medium for free to get updates from this writer.
Kommunist repressiyasının əsas rəmzlərini ilk dəfə karikatura şəklində cızma-qara edən rəssam Thierry Noirin çəkdikləri daha sonra dünyaca məhşur oldu. O burada ölüm zolağının gözətçiləriylə siçan-pişik oynamasından, Wim Wanderlə görüşündən və divarlar söküldükdən sonra nələrin baş verməsindən danışır.
Theirry Noir — Berlin Divarında ilk qraffitilərin müəllifi.
İki divar arasındakı “ölüm zolağı”nda ADR tərəfinin (Almaniya Demokratik Respublikası) divar gözətçiləridir, bu sərhədlər Şərqi və Qərbi Berlini ayırır. Bu fotonu 20il ərzində yaşadığım məkanın pəncərəsindən çəkmişdim. Əslində Berlin Divarlarında heçnə baş vermirdi. Orada nə maşın vardı, nə mağaza nə də bir səs. Mən heç zaman gözətçilərdən sərt hərəkət, yaxud kiməsə atəş açdıqlarını görmədim.
Bu fil mənim Berlin divarında çəkdiyim ilk qraffitidir. Mən çöldə rəsm çəkməyə başlamışdım, bununla da göstərmək istəyirdim ki, incəsənət təkcə muzeylərdə və qalleriyalarda olmur. Bu müddətdə mən hər kəsdən təsirlənirdim, Pablo Picasso və Joan Miro-dan tutmuş Jean-Michel Basquiat və Keith Haring-ə qədər, üstəlik David Bowie, Iggy Pop, Lou Reed, Kraftwerk, Led Zeppelin və Nina Hagen kimi musiqçilərdən də. Gərgin işləməyim və bunun hər gün təkrarlanması çəkdiklərimin gələcək uğurundan xəbər verirdi. Əgər sən evdə oturub ilham pərisinin gəlməyini gözləsən, çox uzun müddət gözləməli olacaqsan.
1985 ci il Kreuzberg, Waldemarstrasse boyunca uzanan divarda rəsm çəkən mənəm. Bu dinazovrlar təbitətin mutasiyasını təsvir edir, çünki Berlin Divarı və mənim yaratdığım rəsmlər mədəniyyətin mutasiyası idi. Şərqi Berlindən başqa, Avropada kilometrlərlə uzanan boyanmış divarlara harda rastlamaq olar? Mən hər gün divarda nəisə çəkirdim. İdealar beynimdən əllərimə doğru istiqamətlənmirdi, əksinə əlimdən beynimə doğru yönəlirdi. İlk əvvəldə material üçün pulumuz olmadığından Kreuzberg-dakı evlərin təmirindən qalan artıqları toplamağa başladıq. Əlimizə nə keçsə elə onlarla rəsm çəkməyə başlayırdıq.
1917 ci ildə New Yorkda keçirilən sərgidə Marcel Duchamp-ın böyük qalmaqala səbəb olan “tualet çanağı”-na sayğılarla. Bunu 1984 ci ilin aprelində divara quraşdırdım, bir müddət sonra divarda çəkməyə başladım.
Divarda çəkdiyim ilk rəsmlər tərzinə görə sonunculardan fərqliydi. Tərzim zərurətdən dəyişdi, rəsm çəkdiyim müddətdə hər gün yüzlərlə insan yaxınlaşa və sual verə bilərdi. Beləcə mən cəld olmağa alışdım, buradan da mənim CƏLDLİK FORMULU MANİFESTİ-m yarandı. Bu manifest təhlükəli mühitdə rəsm çəkməli olan insanlar üçün əla reseptdir. Sənə lazım olan: iki idea və üç rəngdir. İnsanlara bu mifik divarın əbədi olmadığını və vəziyyətin dəyişə biləcəyi fikrini çatdırmaq üçün bu bir yol idi.
Bu Christophe Bouchet-lə birgə işimdir, “tısbağa və dovşan” təmsilinə eyham vurmuşuq. Bizim versiyamızda dovşan qalib gəlir. Bouchet-in çəkdiyi hissə “La Fontaine -ə sayğılarla” (Homage to La Fontaine) adlanır, məhşur Fransız təmsil yazarıdı. Mənim çəkdiyim hissə “Red Dope on Rabbits” adlanır. Bu rəsmi 1985-ci il 13 avqustda, Berlin Divarının tikilməsinin 24-cü ildönümündə çəkmişdik. Christophe Bouchet ilə 1982ci ildə görüşmüşəm. O şəhərin əsas prospekində, Kurfürstendamm-da rəsm çəkirdi. 1982ci ilin sonlarında o mənim yaşadığım binaya köçdü. Sonralar bu səbəbdən Divarda birgə çəkməyə başladıq.
Bu portret 1986cı ildə, birinci həyat yoldaşım Gabi tərəfindən çəkilib. Həmin gün küçədə, içində köhnə kostyumlar olan çanta tapmışdım və şəkildə onlardan birini geymişəm. O zamanlar Qərbi Berlin əhalisi köhnə mebel və paltarlarını yenidən emal məqsədiylə küçəyə qoyurdular. Bütün gün ərzində Divarda rəsm çəkirdim, daha sonra yağlı boya ilə çəkilmiş rəsmlərimi restoranlara satmaqçün Qərbi Berlinin mərkəzinə yollanırdım. Bax, o zaman mən belə yaşayırdım.
Bu rəsmim Wim Wenders-in Wings of Desire (Berlin üzərindəki səma) filmindəndir. Onunla, iki-üç gündən bir çəkdiyim kiçik rəsmləri satmağa çalışdığım restoranlarda rastlaşırdım, Wenders orada şef idi. Divarın bu hissəsi film üçün çox əhəmiyyətli məkan idi. Məni nərdivanın üstündə rəsm çəkən görə bilərsiz. Divarın bu hissəsi hazırda 520 Madison Avenue in NYC ünvanında yerləşən şəxsi evin həyətindədir. Mənim istifadə etdiyim nərdivan ABŞ-ın Culver şəhərindəki Wende muzeyinin daimi kolleksiyasına daxildir. Taleyə bax!
Bu foto 1986cı ildə çəkilib. Fotoda Şərqi Almaniyanın təmizlik işləri görən qabaqcıllardan (pioneer) ibarət komandasını görə bilərsiz, Qərbi Berlindən atılmış tullantıları yığışdırırlar. O vaxtlarda insanlar hər şeyi Divarın üstündən o biri tərəfə atırdılar. Bəziləri üçün bu siyasi hərəkət idi, insanlar eyni zamanda “Scheiss DDR” (fuck the GDR (East Germany)) qışqırırdılar. Mən heç zaman Divarın üstündən nəsə tullamadım, bu mənim tərzim deyildi. Əsgərlər meqafonla tez-tez mən tərəfə yönəlib rəsm çəkməyi dayandırmağımı və Qərbi Berlin tərəfə geriyə addımlamağımı əmr edirdilər. Mən dediklərini şərhsiz yerinə yetirərdim, ancaq onlar da məni tez-tez tutmağa çalışırdılar.
“Azadlıq Heykəli”nin 100 illik ildönümü idi, beləki mən boya tapıb Christophe Bouchet ilə birlikdə bu iki metr hündürlüklü trafareti hazırladıq. Bunu hazırlamaqçün plastik örtük və taxta çərçivədən istifadə etmişdik. Biz 4 iyulda Checkpoint Charlie küçəsinə 42ədəd “Azadlıq Heykəli düzmüşdük”. Ora yaxşı qorunurdu və rəsm çəkmək təhlükəli idi. Növbəti gün daha artığını etmək üçün pulumuz yox idi. David Bowie-nin “Heroes” mahnısında dediyi kimi: “Sən qəhrəman ola bilərsən, yalnız bircə günlük ”
23 Otyabr 1986-cı ildə radioda eşitdim ki, Keith Haring Berlindədir və Checkpoint Charlie küçəsindəki Divarda rəsm çəkmək üçün gəlib. Mən ora getdim və gördüm ki, çəkdiyim “Azadlıq Heykəlləri”nin üstü sarı boya ilə rənglənib. Keith ilə danışdım, o bundan utandı, üzr istədi və dedi: “New York-da bu hərəkətə görə öldürülə bilərsən” (söhbət kiminsə qraffitisini korlamaqdan gedir). O dəvət edilmişdi və Divarın bir hissəsi onun üçün hazırlanmışdı. Sarı rəng bir qədər şəffaf idi və mənim “Azadlıq Heykəl”lərim boyanın altından görünürdü. Mən çox əsəbləşmişdim, ancaq bu Keith-in səhvi deyildi. O yaxşı insan və böyük rəssam idi.
Burada mən Berlin Divarının “ölüm zolağı” adlanan hissəsində rəsm çəkirəm. Bu foto 1989-cu ildə çəkilib, Berlin Divarı son günlərini yaşayırdı və insanlar onu yarmağa cəhd edirdilər. Bəzi dəliklər çox böyük idi, çox rahatlıqla içindən keçmək olardı. Uzun illər mühafizəçilər tərəfindən narahat edilən divarın bu üzündə rəsm çəkmək çox möhtəşəm hiss idi. Artıq mühafizəçilərə atəş açmaq qadağan edilmişdi. Ancaq mən işlədiyim müddətdə “Ey ordakı, çəkməyi dayandır!” əmrini verən tapılırdı. Mən mümkün qədər cəld çəkirdim və Qərbi Berlinə tərəf geriyə hoppanırdım. Əsgərlərə — onların erasının bitdiyini nümayiş etdirmək zamanı idi. Yalnız bir ya iki qab boya varkən mən onlarla uzun müddət “siçan-pişik” oynayırdım.
Bunu 1985-ci ilin avqustunda çəkmişəm. Bu rəsm Potsdamer Platz yaxınlığındakı “ölüm zolağı”nda yaşayan yüzlərlə çöl dovşanına həsr olunub. Berlin Divarının sökülməsi onlar üçün Exodus ( yəhudilərin Misirdən çıxması) oldu. Getməyə yerləri yox idi, yuvaları məhv oldu və yüzlərlə insan “ölüm zolağı” boyunca Qərbə və Şərqə axın etdi. Dovşanların çoxu onların ayaqları altında məhv oldu.
theguardian









