Docker
Docker-dən əvvəl proqramların müxtəlif mühitlərdə işlədilməsi ciddi çətinliklərlə müşayət olunurdu. Bu problemi həll etmək üçün uzun illər virtual maşınlardan istifadə olundu. Virtual maşınlar real bir kompüterin proqram vasitəsilə təqlididir. Onlar öz əməliyyat sistemlərinə malikdir və əsas(host) sistem üzərində işləyirlər. Bu yanaşma müəyyən üstünlüklər gətirsə də, ciddi çatışmazlıqlara sahib idi. Hər Virtual Maşın(VM) öz Operating System-ə sahib olduğu üçün RAM və CPU istifadəsi çox olurdu, VM-lər yüklənmək üçün dəqiqələr tələb edirdi, yeni VM-lərin yaradılması vaxt aparırdı və çox resurs tələb edirdi.
Docker ənənəvi virtualizasiya yanaşmasını daha yüngül və çevik bir formaya saldı. Nədir bu docker? Sadə dillə desək, Docker tətbiqləri və onların bütün asılılıqlarını(konfuqrasiya fayılları, kitabxanalar və s.) container adlı standart bir vahidə paketləməyə iman verən platformadır. Burada Container tətbiqin işləməsi üçün lazım olan hər şeyi özündə ehtiva edən yüngül və daşına bilən bir mühitdir. Bu yanaşma tətbiqin istənilən mühitdə eyni şəkildə işləməsini təmin edir: İstər lokal kompüterdə, komanda yoldaşınızın cihazında, fizki serverdə, istərsə də bulud serverində.
Qısaca olaraq Virtual maşın ilə Docker-i müqayisə etsək:
- Docker konteynerləri saniyələr ərzində işə düşür, halbuki virtual maşınların (VM) başlanması dəqiqələr tələb edir.
- Resurs istifadəsi Dockerdə aşağı olur, çünki əlavə əməliyyat sisteminə ehtiyac yoxdur. Docker daha yüngül və sürətlidir.
- Docker daşınabiləndir(portable) və proses səviyyəsində izolyasiya olunub və Docker container-ləri Hypervisor istifadə etmir, Docker birbaşa host əməliyyat sisteminin nüvəsini istifadə edir.
Docker-in əsas komponentərindən danışaq:
Docker Engine: Docker-in əsas komponentidir, işə salınması və idarəsi üçün cavabdeh olan daemon əsaslı sistemdir.
Alt komponentləri:
Docker Daemon: Sistemdə daima işləyən əsas prosesdir, Docker obyektlərini idarə edir, docker komandalarını qəbul edir və icra edir.
Docker CLI: Docker komanda aləti.
Container: Bir proqramı işə salmaq üçün lazım olan hərşeyi (kod, kitabxanalar, konfiqurasiya və s.) özündə birləşdirən yüngül, müstəqil işləyən paket.
Image: Container-in hazırlanması üçün şablon. Dockerfile vasitəsilə yaradılır. Template kimidir, containerlər bu image-dən yaradılır.
Dockerfile: Docker image yaratmaq üçün təlimatların yazıldığı fayl.
Docker Hub(və ya Registry): Docker image-lərin yerləşdirildiyi bulud əsaslı qeydiyyat platformasıdır. Gitlab, Github kimi təsəvvür edə bilərsiniz.
Get Khagani Mammadli’s stories in your inbox
Join Medium for free to get updates from this writer.
Docker Volumes: Container-lərin məlumatlarını daimi saxlamaq üçün istifadə olunur. Container silinsə belə, volume-dakı məlumatlar qalır.
Docker Networks: Containerlər arasında əlaqəni təmin edir. Müxtəlif şəbəkə rejimləri var: bridge, host, overlay, none və s.
Docker Swarm: Docker container-lərini klaster şəkilində idarə etməyə imkan verir. Avtomatik miqyaslama, load balancing və s. təmin edir. Kubernates qədər geniş istifadə olunmur, lakin sadə layihələr, kiçik şirkətlər üçün yararlıdır.
Docker necə işləyir?
Dockerfile yazırsınız, tətbiqinizin necə qurulacağını izah edir, docker build əmri ilə image yaradırsınız, daha sonra docker run ilə bu image-dən bir və ya bir neçə container işə salırsınız. Containerlər sizin tətbiqinizi sistemdən asılı olmadan çalışdırır. Aşağıda bir dockerfile nümunəsini görürsünüz.
FROM openjdk:21
COPY ./out/production/DockerWorld/ /tmp
WORKDIR /tmp
ENTRYPOINT ["java", "DockerWorld"]Dockerfile-da CMD və ENTRYPOİNT arasında fərq nədir?
CMD — default(susmaya görə) arqumentlər verir.
ENTRYPOİNT — əsas icra olunacaq əmri təyin edir.
Hər ikisi birlikdə istifadə edilərsə, CMD ENTRYPOİNT-ə arqument kimi ötürülür.
Əgər tətbiqiniz bir neçə container-dən ibarətdirsə, bunların hər birini ayrıca docker run komandası ilə işə salmaq çətindir. Docker Compose bu prosesi sadələşdirir. Siz bir docker-compose.yml fayılı hazırlayırsınız və docker-compose up komandası ilə bütün containerləri bir yerdə işə sala bilərsiniz.
Son olaraq ən çox istifadə olunan docker komandalarına baxaq.
docker build: image yaratmaq üçün istifadə olunur.
docker build -t myapp:latest .docker run: Image-dən container yaratmaq və onu işə salmaq üçün istifadə olunur.
docker run -d -p 8080:80 --name my-nginx nginxdocker ps: işləyən containerləri siyahıya almaq üçün.
docker ps -a: Bütün containerləri göstərir(işləyən və işləməyən).
docker stop: Container-i dayandırmaq üçün.
docker stop my-nginxdocker start/ docker restart: Dayandırılmış container-i yenidən işə salmaq üçün.
docker rm: Container-i silmək üçün.
docker rm my-nginxdocker rmi: Image-i silmək üçün.
docker rmi nginx






