Sitemap

Redis

3 min readMay 15, 2025

Müasir veb və mobil tətbiqlərin sürətli işləməsi üçün məlumatların tez əldə olunması vacibdir. Bəzən məlumat bazasından hər sorğu üçün məlumat çəkmək çox vaxt aparır və tətbiqin cavab sürətini aşağı sala bilər. Bu problemi həll etmək üçün keş(caching) texnologiyası istifadə olunur. Keş məlumatların müvəqqəti yaddaşda saxlanmasıdır ki, növbəti istəkdə o məlumat birbaşa sürətli yaddaşdan oxunur. Redis isə ən sürətli keş sistemi kimi geniş istifadə olunur.

Press enter or click to view image in full size

İlk öncə Keş nədir və nə üçün lazımdır? bunu başa düşək.
Keş — tez-tez istifadə olunan məlumatların müvəqqəti saxlandığı yerdir. Məqsəd məlumat bazasına və ya digər yavaş işləyən sistemlərə sorğuların sayını azaltmaq və cavab(response) vaxtını sürətləndirməkdir. Məsələn, vebsaytda məhsul məlumatları çox tez-tez soruşulursa, həmin məlumatı Redis kimi sürətli keşdə saxlamaq mümkündür. Beləliklə, istifadəçi sorğu göndərdikdə məlumat dərhal keşdən verilir, verilənlər bazasına sorğu göndərilmir.

Niyə Redis keş üçün yaxşı seçimdir?
Redis bütün məlumatları RAM-da saxlayır, bu isə sürəti artırır. Məlumatların oxunma və yazılma sürəti mikro saniyə səviyyəsindədir.
Redis yalnız sətir tipli key-value-ları deyil, List, Hash və s bu kimi digər mürəkkəb strukturları da saxlaya bilir. Həmçinin Redis populyar proqramlaşdırma dilləri və çərçivələri ilə asan integrasiya olunur.

Get Khagani Mammadli’s stories in your inbox

Join Medium for free to get updates from this writer.

Keşdə məlumatlar açar-dəyər(key-value) cütləri kimi saxlanılır. Key unikal identifikator, value isə saxlanılan məlumatdır. Redis də hər açara vaxt limiti təyin etmək olur. TTL bitəndən sonra həmin məlumat avtomatik silinir, yəni keş təmizlənir.
Spring boot layihələrində application.yml da ttl- i təyin edə bilərik.

redis:
server:
url: redis://localhost:8080

cache:
ttl: 1
 public <T> void putWithExpiry(String key, T value, long ttl) {
var bucket = getBucket(key);
bucket.set(value, Duration.of(ttl, MINUTES.toChronoUnit()));
}

Məsələn yuxarıda ttl üçün yazdığımız 1 onu göstərir ki, 1 dəqiqədən sonra keşdən məlumatlar avtomatik olaraq silinir.

Redisdə bir neçə keş strategiyası mövcuddur.
Lazy loading: Məlumat ilk dəfə tələb olunanda əsas verilənlər bazasından alınır və keşə əlavə edilir.
Write-through: Məlumat ilk öncə həm verilənlər bazasına, həm də keşə yazılır.
Write-back: Məlumat əvvəlcə keşə yazılır, daha sonra müəyyən vaxtdan sonra əsas bazaya sinxronizasiya edilir.

Redis keşinin real tətbiq nümunələrinə isə sessiya idarəetməsini, mürəkkəb sorğuların keşlənməsinini göstərə bilərik.
Redisin üstünlükləri ilə yanaşı onun limitləri də var.
1. Redis RAM istifadə edir, ona görə də yaddaş həddi sistemdən asılıdır.
2. Məlumatın itirilməsi riski. Tam davamlılıq üçün əlavə konfiqurasiyalar lazımdır.
3. Tək thread-li işləmə bəzi məhdudiyyətlər yaradır.

Redisdə Davamlılıq
Redis əsasən RAM-da işlədiyi üçün, server sönərsə və ya restart olunarsa, yaddaşdakı bütün məlumatlar itə bilər. Bu problemin qarşısını almaq üçün Redis davamlılıq mexanizimləri təklif edir. İki əsas üsul var.
1. RDB(Redis Database Snapshot)
2. AOF(Append-Only File)

RDB üsulu Redis-in yaddaşda olan bütün məlumatlarını müəyyən aralıqlarla diskə “şəkil”(snapshot) kimi yazılmasıdır. Bu şəkildə .rdb uzantılı fayl yaranır. Mənfi cəhəti ondan ibarətdir ki, son dəyişikliklər itə bilər. Məsələn hər 5 dəqiqədən bir baş verirsə snapshot və Redis 4 dəqiqə sonra çökərsə, həmin 4 dəqiqədə olan dəyişikliklər itir.

AOF Redisdə baş verən hər bir yazma əməliyyatını fayla ardıcıl şəkildə qeyd edir. Fayl .aof uzantısı ilə saxlanılır. Mənfi cəhətləri odur ki, diskdə daha çox yer tutur, yüklənmə ola bilər və bərpa zamanı yavaşdır. Çünki Redis bütün əmirləri oxuyub yenidən icra etməlidir. Məlumat itkisinə həssas layihələrdə bu üsul istifadə oluna bilər.

Hər ikisi birlikdə istifadə edilə bilər mi? Bəli. Redis həm RDB, həm də AOF rejimini eyni anda dəstəkləyir.