HTML | Pattern atributu
Regular Expression — Düzgün ifadələr
Məzmun
- Regular Expression (Düzgün ifadələr)
- Pattern atributu
- Sintaksisi
- Kod nümunələri
- Faydalı mənbələr
Regular Expression (Düzgün ifadələr) — müəyyən bir dəyər modeli təyin etmək üçün istifadə olunan simvollar ardıcıllığıdır. Əsasən, daxil edilən dəyərin tələb olunan dəyərə uyğunluğunu yoxlamaq üçün istifadə olunur. Bu ifadələrin öz yazılış qaydaları var. Əgər istifadə edirsinizsə, bir çox hallarda müəyyən mənbələrdən istifadə etməniz məsləhət görülür.
Pattern atributu — elementinin tələb olunan dəyər modelini təyin etmək üçün istifadə olunur.
pattern atributunun istifadə olunduğu növləri: text, date, search, url, tel, email və password.
Qeyd: tələb olunan dəyər modelini istifadəçiyə bildirmək üçün title atributunu istifadə edə bilərsiniz.
Get Nail Mammadov’s stories in your inbox
Join Medium for free to get updates from this writer.
Sintaksisi:
Regex (Regular expression) — pattern atributuna yazılan ifadəni bildirir. Yazılan ifadə elementinə daxil edilən dəyəri yoxlayır.
Kod nümunələri:
1) Elementinə daxil edilən dəyər yalnız 3 hərfdən ibarət ola bilər (say və ya simvol ola bilməz)
2) Elementinin password növündə minimum 8 simvol daxil edilməlidir.
3) Password növünə aid elementi minimum 1 ədəd, 1 kiçik və 1 böyük hərf ehtiva etməlidir. Minimum simvol sayı 8 olmalıdır.
4) Email növünə aid elementinə daxil edilən dəyər müəyyən sırayla olmalıdır: simvollar@simvollar.domain. Nöqtə işarəsindən sonra minimum 2 hərf olmalıdır.
5) Search növünə aid elementinə daxil edilən dəyər ‘ və ya “ simvollarını ehtiva etməməlidir.
Faydalı mənbələr
BUTA.İO komandasının yazarı : Hüseyn Baxışov










