HTML | PUG
Məzmun
- PUG nədir?
- HTML kodlarınızı PUG-a çevirmək
- Yüklənməsi
- İstifadəsi
- Faydalı mənbələr
Köhnə adı Jade olan Pug HTML kodlarının yazılışını sadələşdirən və aç-bağla etiket üsulundan xilas edən sintaksisdir (şablon mühərrikidir).
Gördüyünüz kimi HTML-də (sol tərəfdəki) nümunə kimi div teqindən istifadə etdik və heç bir böyükdür/kiçikdir işarəsi və bağlanma teqi olmadan sadə şəkildə yazıldı. Burada iç-içə teq funksiyasını intendation, yəni sətir buraxmanın köməyi ilə etdi (Python kimi). Kodlamada bu cür sətir buraxma kodu daha asan tətqiq etməyə imkan verir.
PUG-da olub HTML-də olmayan bir çox funksiya mövcuddur.
Dəyişənlər, şərt və dövr operatorları kimi. Məsələn:
İndiki vaxtda bir çox alət kimi, Pug da terminalda yazılmış npm əmrindən istifadə edərək sisteminizə asanlıqla quraşdırıla bilən bir node paketidir. Bunu istənilən editorun və ya ƏS-in terminalında etmək olar. Əvvəlcə bunu
Windows terminalında göstərək.
Qeyd: Terminaldan npm (npm node paket idarəedicisidir və node.js yükləndikdə o da avtomatik olaraq yüklənir) əmrlərini işə salmaq üçün ilk öncə NodeJS yükləməlisiniz. Daha sonra CMD hissəsinə
npm i -g pug-cliKod sətrini əlavə edirsiniz. Daxil etdikdən sonra sizdə Pug və Pug-cli (komanda xətti interfeysi ) artıq yüklənmiş olur. Yükləndiyindən əmin olmaq üçün
pug --versionyazın. Ekranda qarşınıza pug və pug-cli versiyaları çıxacaq.
İndi gəlin Pug-da hər hansısa yazdığımız kodu HTML-ə kompayl edək:
Get Nail Mammadov’s stories in your inbox
Join Medium for free to get updates from this writer.
İlk öncə terminalda pug-examples adlı qovluq açaq və ardınca həmin qovluğa daxil olaq. (terminal vasitəsilə)
mkdir pug-examplescd pug-examples
Və daha sonra həmin qovluq daxilində html qovluğu və index.pug faylı açaq.
mkdir htmlecho.> index.pug (linux və macOs üçün touch index.pug)
İndi biz yazacağımız kodu pug-cli interfeysi tərəfindən görünməsinə icazə verməliyik. Yenə də eyni yni qovluğun içində yazırıq:
pug-examples>pug -w ./ -o ./html -PYuxarıdakı
-wPug-a mövcud qovluqdakı hər şeyi izləməyi (watch)
-o ./htmlisə Pug-a html qovluğunda nəticəni (output) html formatında hazır etməyi
-P(prettify) isə həmin kodu səliqəyə salmağı əmr edir.
Terminalda ekrana belə bir nəticə çıxacaq:
watching index.pugrendered /home/jim/Desktop/pug-examples/html/index.html
Gəlin indi yaratdığımız index.pug-a hər hansı seçdiyimiz editor vasitəsilə daxil olaraq pug sintaksisində kodumuzu yazaq.Məsələn,
doctype htmlhtml(lang='en')headtitle Hello, World!bodyh1 Hello, World!div.remarkp Pug rocks!
Yazdıqdan sonra onu pug.index kimi yaddaşda saxlayaq. Bu zaman pug-examples qovluğunda pug.index faylı və pug-examples qovluğunda yerləşən bayaq yaratdığımız html qovluğunun içində də render edilmiş index.html faylı yaranacaq.
Təbrik edirəm. Kompayl edilmiş kodumuz hazırdır :)
Qeyd: Eyni proses hər hansısa bir editorun (Visual studio məsələn) terminalında da eyni kodları daxil edərək aparıla bilər.
BUTA.İO komandasının yazarı : Pərvin Hüseynov









